Dərc edildi: Baxış sayı: 471
:0
İspaniyada nazir koronavirusa yoluxub
İspaniyanın Bərabərlik naziri İrene Montere koronavirusa (COVID-19) yoluxub.
APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya hökuməti məlumat yayıb.
Baş Nazirin müavini Pablo Iqlesias isə karantinə alınıb.
İspaniyanın Nazirlər Kabinetinin bu gün keçiriləcək iclasına yalnız COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin təsdiqlənməsində iştirakı tələb olunan nazirlər qatılacaq.
Ölkənin Baş Naziri bütün digər görüşlərini video konfrans vasitəsilə keçirəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət