Dərc edildi: Baxış sayı: 419
İspaniyada koronavirusdan ölənlərin sayı 22,5 mini ötdü
İspaniyada ötən sutkada 367 nəfər koronavirusun qurbanı olub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da İspaniyada pandemiyadan ölənlərin sayı 22 524-ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 736 000-i ötüb. Bunların 751 799 nəfəri sağalıb, 191 422 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət