Slimfit
  1. DÜNYA

İspaniyada koronavirusdan ölənlərin sayı 22 mini ötdü

İspaniyada koronavirusdan ölənlərin sayı 22 mini ötdü
Sakura

İspaniyada koronavirusdan ölənlərin sayı 22 mini ötdü

İspaniyada ötən sutkada 440 nəfər koronavirusun qurbanı olub.

Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da İspaniyada pandemiyadan ölənlərin sayı 22 157-yə çatıb.

Bundan başqa, ölkədə daha 4 635 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, İspaniyada infeksiya daşıyıcılarının sayı 213 024-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 648 000-i ötüb. Bunların 724 242 nəfəri sağalıb, 184 614 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR