İspaniyada koronavirusa yoluxanların sayı 223 mini ötdü
İspaniyada ötən sutka ərzində daha 179 nəfər koronavirusdan ölüb.
“Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bununla da krallıqda pandemiya qurbanlarının sayı 26 478-ə çatıb.
Sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı daha 721 nəfər artıb. Bununla da virus daşyıcılarının sayı 222 857 nəfərdən 223 578-ə yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 276 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət