Dərc edildi: Baxış sayı: 547
İspaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb
İspaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb.
Ens.Az Trend-ə istinadən bildirir ki, Santander şəhərində xəstəxanaların birində "Johnson & Johnson" şirkətinin hazırladığı vaksin sınaqdan keçirilir.
Sabahdan etibarən isə sınaqlar paytaxt Madriddə başlayacaq. Sınaqlarda iki yaş qrupuna bölünmüş (18-55 və 65 yaşdan yuxarı) 190 könüllü iştirak edəcək.
Sınaqların ilk iki mərhələsinin 6 ayadək müddət ərzində keçirilməsi planlaşdırılır.
İspaniyadan başqa həmin vaksin Belçika və Almaniyada da sınaqdan keçiriləcək. Bu prosesdə ümumilikdə 550 könüllü iştirak edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət