Slimfit
  1. İDMAN

İspaniya klubunun futbolçusu Fransa yığmasında oynamaqdan imtina edib

İspaniya klubunun futbolçusu Fransa yığmasında oynamaqdan imtina edib
Sakura

İspaniya klubunun futbolçusu Fransa yığmasında oynamaqdan imtina edib

İspaniyanın “Valensiya” klubunun futbolçusu Joffre Kondoqbiya Fransa milli komandasında oynamaqdan imtina edib.

Report” AS nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Fransa millisinə münatəzəm olaraq dəvət almadığı üçün Mərkəzi Afrika Respublikası(MAR) yığmasına qoşulmağı qərara alıb.

MAR-ın baş məşqçisi Raul Savoy da öz növbəsində futbolçuya dəvət göndərmək istəyib, lakin hazırda zədədən əziyyət çəkən J. ondoqbiya milliyə qoşula bilməyib. Onun növbəti matçlarda komandaya çağırılması gözlənilir.

Fransanın Nemur şəhərində dünyaya gələn futbolçunun valideynləri MAR-dandır. O, Fransa U-20 millisi ilə 2013-cü il dünya çempionatında iştirak edib və kuboku başı üzərinə qaldırıb. J. Kondoqbiya Fransanın əsas millisinin heyətində də 5 oyuna çıxıb. Lakin bunların hamısı yoldaşlıq görüşləri olduğu üçün futbolçu yığmasını dəyişə bilər.

Qeyd edək ki, Kondoqbiya bu il may ayında "Valensiya"ya transfer olunub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR