Slimfit
  1. MƏDƏNİYYƏT

İspan milli rəqs teatrı Bakıda çıxış edəcək

İspan milli rəqs teatrı Bakıda çıxış edəcək
Sakura

İspan milli rəqs teatrı Bakıda çıxış edəcək

Martın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində ispan milli rəqs teatrı “FlamencoLive” “Romeo və Cülyetta” şou-proqramı ilə çıxış edəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, bu yeni versiyada Şekspirin məşhur əsəri ispan rəqs dili ilə təqdim olunur. “FlamencoLive” art proyektində beynəlxalq səviyyəli peşəkar aktyorlar canlı, orijinal, həqiqi ispan flamenkosu ilə tamaşaçıları riqqətə gətirəcək. Teatr bütün ömrünü “pour flamenco” – orijinal flamenkoya həsr edən ən yaxşı rəqqasları, gitaristləri, kantaorları (vokalist) və perkussionistləri öz heyətinə toplayıb. Kollektivin bütün iştirakçıları bir çox beynəlxalq konkursların laureatıdır. Teatrın aparıcı rəqqası El Tebi bir çox ispan teatrlarında çıxış edib. Rəqs dili ilə sevgi hekayəsi, ispan flamenkosunun sehrli dünyası, əllərin sehrli hərəkəti, yelpiyin ehtiraslı çırpınması tamaşaçıları isti Əndəlüs sahillərinə aparacaq.

Qeyd edək ki, şou-proqram saat 19.00-da başlayacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR