Slimfit
  1. DÜNYA

İspan alimlər dünyada bir ilkə imza atıblar

İspan alimlər dünyada bir ilkə imza atıblar
Sakura

İspan alimlər dünyada bir ilkə imza atıblar

İspaniyalı alim Xuan Carlos İspisuanın başçılıq etdiyi tibbi qrup dünyada ilk dəfə genetik olaraq dəyişdirilmiş insan kök hüceyrələrini meymun embrionuna köçürüblər. 

FaktXəbər-in məlumatına görə, bunu bioloq və Murcia Katolik Universitetinin tədqiqat işləri üzrə prorektoru Estrella Nunes "El Pais" qəzetinə deyib.

Nəşrin qeyd etdiyinə görə, alimlərin məqsədi transplantasiya üçün orqanların yaradılmasında irəliləyiş əldə etməkdir. İspisuanın komandası təcrübəni Çindəki bir laboratoriyada həyata keçirib. Mütəxəssislər genetik cəhətdən dəyişdirilmiş meymun embrionlarından istifadə ediblər. Buna səbəb orqanların formalaşması üçün zəruri olan genləri deaktivasiya etməkdir. Hər növ toxumalar yartmaq üçün sonra ona insan kök hüceyrələr daxil edilib.

Nəticədə insan hüceyrələri ilə meymun embrionu yaranıb, amma alimlər onun inkişafına mane olublar və embrion məhv edilib. Tədqiqat müəllifləri daha ətraflı məlumat verməyiblər, çünki nəticələri beynəlxalq elmi jurnalda dərc etməyi planlaşdırıblar.

Barselonadakı Regenerativ Tibb Mərkəzinin direktoru Angel Raya bu cür təcrübələrin qarşılaşdığı "etik maneələri" xatırladıb. "Kök hüceyrələr sərbəst olarsa və heyvanın beynində insan neyronları meydana gəlsə nə olacaq?", - deyə ekspert bildirib. Öz növbəsində Nunes inandırmağa çalışıb ki, tədqiqatçılar, heyvanın beyninə keçdikdə insan hüceyrələrinin özünü məhv etmək mexanizmlərindən istifadə ediblər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR