Dərc edildi: Baxış sayı: 532
İsoy Qurbanov - Bilin
Əziz balam, - yaralarım qan verir,
Məktubum gəlməsə, ölmüşəm, bilin.
Üzümü çevirib Vətənə sarı,
Qürbət torpaqlarda qalmışam, bilin.
Çevrilirəm sağa, sola qucaqda,
Lətif durur göz önümdə bu çağda.
Dörd balamı fikirləşib yataqda,
Acı xəyallara dalmışam, bilin.
İsoy son sözünü yazır varağa,
Sizləri tapşırır nurlu ocağa.
Dönmüşəm yaralı körpə uşağa,
Qara bulud kimi dolmuşam, bilin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət