Slimfit
  1. CƏMİYYƏT

İsmayıllı sakinlərinin etirazına rəsmi cavab: “Əraziyə polis əməkdaşları dəvət olunacaq”

İsmayıllı sakinlərinin etirazına rəsmi cavab: “Əraziyə polis əməkdaşları dəvət olunacaq”
Sakura

İsmayıllı sakinlərinin etirazına rəsmi cavab: “Əraziyə polis əməkdaşları dəvət olunacaq”

İsmayıllı rayon Qalacıq kənd sakini Seyidov Qəfər Tofiq oğlu kənd ərazisindən bir müddət əvvəl torpaq satın alıb. Aldığı ərazini hasarlamaq adı ilə kənd sakinlərinin istifadə etdiyi ikitərəfli yolun bir hissəsini də qanunsuz şəkildə zəbt edib.

Ens.az xəbər verir ki, bu barədə Oxu.Az-a kənd sakinləri tərəfindən məlumat verilib.

Sakinlər tərəfindən etiraz olaraq, kənd icra nümayəndəliyinə və bələdiyyəyə müraciət edilsə də, heç bir tədbir görülmədiyi də qeyd olunub.

Məsələ ilə bağlı İsmayıllı rayon Qalacıq kəndinin icra nümayəndəsi Təbriz Eminov ilə əlaqə saxladıq. İcra nümayəndəsi redaksiyamıza açıqlamasında mövcud vəziyyətdən xəbərdar olduqlarını bildirib:

“Kənd sakini Seyidov Qəfər yol kənarında təxminən 60 kvadratmetrə yaxın ərazini hasara alıb. O, ərazini bələdiyyə nümayəndəsindən icarəyə götürdüyünü deyib. Dəfələrlə adıçəkilən şəxslə danışıqlar aparmışıq. Ona qanunsuz olaraq hasara aldığı ərazini açmaq tapşırılıb. Hələlik heç bir tədbir görülməyib.

Ona vaxt verilib ki, zəbt etdiyi ərazini boşaltsın. Sakinlərin iradı haqlıdır. Şəxs hasarladığı ərazidə kərpic satışı ilə məşğul olacağını deyib. Biz isə ona bunun qanunsuz olduğunu və heç bir halda icazə verilmədiyini izah etmişik. Göstərişlərimizə məhəl qoymazsa, qanunamüvafiq olaraq əraziyə polis əməkdaşları dəvət olunacaq”

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR