Qartal, dəvə, ilan və digər heyvanlar...
Qartal, dəvə, ilan və digər heyvanlar sanki canlıdırlar. Bütün bunlar İsmayıllı sakini Qəhrəman Adgözəlovun əl işləridir. İnsandan səbr, bacarıq, güclü yaddaş və eyni zamanda ideya tələb edən bu sənət növündə hər şey ölçüsündə, yerli- yerində dəqiq olmalıdır. Milli.Az bildirir ki, o, bu sənətə uşaq illərindən başlayıb.
30 ildən çoxdur ki, ağacoyma sənəti ilə məşğul olan Qəhrəman usta ona bu sənətin ulu babasından keçdiyini bildirir. O, ağacoyma ilə məşğul olmazdan əvvəl daş və şüşə üzərində fiqurlar düzəltməklə məşğul olub. Qəhrəman ustayla söhbət zamanı anladıq ki, bu sənətə sevgisi sonsuzdur.
Onun fikrincə diqqətcil olmayan, təxəyyülünü, xəyal gücünü işə salmayan insan bu sənət növündə uğur qazana bilməz.
Bu işdə hər ağacdan isdifadə etmək olmaz. Ən çox bişmiş fındıq, palıddan və qozdan isdifadə edilir.Qəhrəman ustanın davamçıları da az deyil. Hətta qonşu rayonlardan da onun yanına bu işi öyrənmək üçün gələnlər olur. /xezerxeber.az
Milli.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət