Slimfit
  1. İQTİSADİYYAT

İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq - AÇIQLAMA

İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq - AÇIQLAMA
Sakura

İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq - AÇIQLAMA

"Əmək pensiyası" haqqında qanuna dəyişiklik qəbul edilərsə, bu bir yox, bir neçə istiqamətdən ibarət olacaq.

Ens.az Metbuat.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, sosial sferada növbəti qanuna edilən dəyişikliyin pensiyalarla bağlı olacağı gözlənilir. Dəyişikliklərdən biri işləyən və eyni zamanda pensiya alan şəxslərlə bağlı olacaq. Belə ki, belə şəxslər pensiya alsalar da, paralel olaraq işlədikləri üçün əlavə vəsait toplanırdı. Məhz yeni nəzərdə tutulan dəyişikliyə görə bu vəsait yeni pensiya kapitalı formalaşdıraraq, vətəndaşın aldığı pensiyaya əlavə ediləcəkdir. Bu zaman vətəndaşdan heç bir sənəd tələb edilməyəcək.

Yeni artım əlavə edildikdən sonra isə vətəndaş avtomatik məlumatlandırılacaq: "Nəzərdə tutulan ikinci bir dəyişiklik isə yaşa və əlilliyə görə olan iki pensiya növünə yeni baxışın müəyyən edilməsindədir. Belə ki, hazırda yaşa görə pensiya alan vətəndaş əlillik pensiyaya keçid edə bilmir. Bunu qanun qadağan edir. Amma yeni dəyişikliyə görə bu qadağa aradan qaldırılacaq".

E.Əmirov əlavə edib ki, daha bir təklif edilən dəyişiklik isə ailə başçısını itirməyə görə pensiya alan ailələrlə bağlıdır. Belə ki, hazırda ailə başçısını itirməyə görə pensiya ailə üzvləri arasında bölüşdürülür. Amma bu ailənin bir üzvü bu və ya digər səbəbdən hansısa bir növ üzrə yeni pensiya almalı olarsa, bu zaman ona verilən pay kəsilir:"

"Yəni ailə başçısını itirməyə görə 5 nəfərlik ailə üzvünün hər birinə 20% pay düşürsə, onlardan biri başqa pensiya alacagı təqdirdə, ona düşən 20% kəsilir. Növbəti aylardan ailə pulun 80%-ni almış olur. Amma bu yeni dəyişiklərə görə bu payın da itirlməməsi təklif edilir. Ailənin bir üzvündən kəsilən bu 20%-lik pay, ailənin digər 4 üzvü arasında bölüşdürülərək, 25%-li pay yaradacaq. Bu isə o deməkdir ki, ailədə yaranan yeni pensiya növünə görə bu ailə əvvəlcə aldıqları “ailə başçısını itirməyə görə pensiya”dan heç bir hissə itirməyəcək".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR