Slimfit
  1. DÜNYA

İslam terrorizmi “KQB”nin məhsuludur?

İslam terrorizmi “KQB”nin məhsuludur?
Sakura

İslam terrorizmi “KQB”nin məhsuludur?

Müasir dövrdə hərbi gücün nümayişi kimi nüvə silahından istifadə köhnəlmiş metoddur. Terrorizm bizim əsas silahımız olmalıdır. Təyyarələrin girov götürülməsi isə mənim şəxsi icadımdır.
1971, A.M.Saxarovski (1909-1983), SSRİ DTK-nın Xarici Kəşfiyyat idarəsinin rəisi

Qısa arayış: İon Mihay Paçepa 28 oktyabr 1928-ci ildə Buxarestdə anadan olub. “Sekuritat”da (Rumıniyanın Kəşfiyyat orqanının adı) çalışıb, sovet bloku ölkələrinin “ən yüksək rütbəli kəşfiyyat zabiti” olub. Sonrada ABŞ-a mühacirət edib və orada jurnalistika ilə məşğul olub.

Burada “Dezinformasiya” (“Disinformation: Former Spy Chief Reveals Secret Strategies for Undermining Freedom, Attacking Religion, and Promoting Terrorism”) adlı kitabını yazıb. Bu kitabında o, 1970-ci illərdə Sovet “KQB”sinin tapşırığı ilə sosialist bloku ölkələrinin təhlükəsizlik və kəşfiyyat orqanlarının ərəb ölkələrində ABŞ və İsrail əleyhinə apardıqları fəaliyyət, İslam terrorizminin necə yaradılması və terror aktlarının necə törədilməsi barədə maraqlı informasiyalar paylaşıb. O, qeyd edir ki, bu fəaliyyət Yuri Andropovun DTK-nin rəhbərliyinə gəlməsindən sonra daha da güclənib. “Andropovun “dezinformasiya maşını” bütün günü ərəb ölkələrini İsrail və ABŞ-a nifrət ruhunda kökləmək üçün işləyirdi…”

Andropov “KQB”yə “altı günlük” müharibəyə bir neçə ay qalmış rəhbərlik etməyə başlamışdı. Bu müharibədə SSRİ-nin müttəfiqləri olan Suriya və Misir biabırçı məğlubiyyətə düçar oldular. Bu zaman onun tapşırığı ilə fələstinli terroristlər İsrailin El Al aviaşirkətinə məxsus olan təyyarəni girov götürdülər və Yerusəlimdə terror aktı törətdilər.

Ən maraqlısı isə o idi ki, Andropov “Sion müdriklərinin protokolları” adlı saxta sənədin ərəb dilinə tərcümə edilərək, yayılmasını tapşırmışdı. Qeyd edək ki, bu saxta sənəd, XIX əsrin sonlarında Parisdə fəaliyyət göstərən rus gizli polisi tərəfindən yaradılmış təbliğat xarakterli sənəd idi.

Paçepa deyirdi ki, “Protokollar” Hitlerin antisemit təbliğatı üçün əsas vasitə idi. SSRİ də bu sənədin minlərlə nüsxəsini 70-ci illər ərzində ərəb ölkələrində yayılmasına nail ola bilmişdi.

Paçepa kitabında qeyd edir ki, macar və bolqar kəşfiyyat orqanlarına da anoloji tapşırıqlar verilmişdi.

Sekuritatın rəhbəri etiraf edir ki, onun rəhbərlyi müddəti ərzində SSRİ “KQB”si İsrail ərazisində 11 teraktın məsuliyyətini öz üzərinə götürüb. Bu terror aktlarının siyahısına, 30 may 1972-ci ildə “Ben Qurion” hava limanına edilmiş hücum (22 ölü, 76 yaralı) və 4 iyul 1975-ci ildə Yerusəlimdə, Sion meydanında törədilmiş partlayış (15 ölü, 64 yaralı) da daxildir.

Sitat:

2011-ci ilin sentyabrında, Putinin qayıdışı ərəfəsində, “soyuq müharibə”nin qocaman döyüşçüsü Mahmud Abbas bir plan irəli sürür. Bu plan BMT Təhlükəsizlik Şurasının tribunasından alovlu alqışlarla müşayiət olunan çıxışı zamanı nümayiş olunur. Plana əsasən, Fələstinin 1967-ci ilədək olan sərhədlər çərçivəsində ərazi bötüvlüyü tanınmalı idi. Mahmud Abbasın bu “müstəqil” qərarına çoxları simpatiya bəsləyirdi. Lakin bəlkə də, çox az adam bilirdi ki, Fələstin Azadlıq Təşkilatı (FAT) “KQB” tərəfindən yaradılıb və maliyyələşdirilib.

Bəlkə də, çox az adamın Mahmud Abbasın da siyasi cəhətdən formalaşdığı Moskva Şərqşünaslıq İnstitutunun o zaman gizli şəkildə “KQB”yə tabe olduğundan və yalnız “KQB”nin məsləhət bildiyi əcnəbilərin burada təhsil ala bildiyindən xəbəri var. Bəlkə də, çox az adam bilir ki, Mahmud Abbasın doktorluq dissertasiyasının elmi rəhbəri “KQB” generalı Yevgeni Primakov olub.

(Qeyd edək ki, Primakov, sonradan “demokratik” Rusiyanın Xarici Kəşfiyyat İdarəsinin rəhbəri və eyni zamanda, Səddam Hüseynin müşaviri olub)
Çox az adam bilir ki, Abbasın “Nasistlər və Sionist hərəkatı liderləri arasında gizli əlaqələr” adlı doktorluq dissertasiyası tamamilə Xolokostu rədd edir.

 

Mənbə: Libre.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR