İslam Əməkdaşlıq Təşkilatı Qahirədə İslam Festivalı keçirir
Bu gün Misirin paytaxtı Qahirədə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən keçirilən “Bir millət, mədəniyyətlərin müxtəlifliyi” şüarı altında İslam Festivalının açılışı olacaq.
AZƏRTAC xəbər verir ki, 20-dən artıq dövlətin nümayəndələrinin iştirak etdiyi festivalın açılış mərasimi Qahirə Opera Teatrında təşkil olunacaq. Tədbirdə islam dünyasına öz töhfələrini vermiş bir sıra islam xadimlərinin xatirəsi anılacaq.
Fevralın 9-dək davam edəcək festival çərçivəsində cürbəcür mədəni və bədii tədbirlər, elmi seminarlar və müxtəlif islam təşkilatlarının təqdimatları keçiriləcək.
Festivalda bir sıra beynəlxalq islam təsisatları, o cümlədən Tarix, İncəsənət və Mədəniyyət Mərkəzi, Ticarətin İnkişafı üzrə İslam Mərkəzi, İslam Həmrəylik Fondu, həmçinin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı və s. təqdim olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət