Slimfit
  1. İDMAN

İslam dinini qəbul etmiş 6 məşhur

İslam dinini qəbul etmiş 6 məşhur
Sakura

İslam dinini qəbul etmiş 6 məşhur

Müxbir.TV bu yazısında İslam dinini qəbul edərək müsəlman olan məşhurlar haqda məlumat verir.

1. Məhəmməd Əli

İlk adı və soyadı Kassius Marsellus Kley olan idmançı 1942-ci ildə ABŞ-da dünyaya göz açıb. 1964-cü ildə ilk çempion titulunu qazandıqdan sonra, 22 yaşında olarkən adını dəyişmək qərarına gəlir. Həmin zaman bütün dünya bildi ki, Məhəmməd Əli müsəlman olub.

2. Kərim Əbdül Cabbar

Görkəmli basketbolçu Ferdinand Lyuis Alsindor 1968-ci ildə İslam dinini qəbul etdiyini elan edərək, həyatının yeni mərhələsi üçün özünə müsəlman adı seçir – Kərim Əbdül Cabbar. O, 1973-cü ildə ərəb dilini öyrənmək və İslami biliklərini daha da artırmaq üçün ərəb ölkələrinə səfər edib. Kərim Əbdül Cabbar özünün parlaq idman karyerasını 42 yaşında tamamlayıb və o, basketbol tarixinin ən yaxşı oyunçularından biri hesab edilir.

3. Mayk Tayson

Dünyaca məşhur digər bir boksçu Mayk Tayson 1992-ci ildə həbsxanada İslam dinini qəbul edir. Onun sözlərinə görə, bu din onu yaxşıya doğru dəyişdi. Müsahibələrinin birində o, belə deyib: “Mən Allaha lazım deyiləm, Allah mənə lazımdır”. 2010-cu ildə isə Məkkəyə Həcc ziyarətinə gedib.

4. Frank Riberi

Fransız futbolçu Frank Riberi hazırda İtaliyanın “Fiorentina” komandasının yarımmüdafiəçisidir. O, 2010 və 2012-ci illərdə Çempionlar Liqasının finalçısı, 2013-cü il ÇL-in qalibi, 2013-cü il üçün Avropanın ən yaxşı futbolçusudur. 2006-cı ildə İslam dinini qəbul edib. Əlcəzairli Vahibə Belhami ilə ailə həyatı qurub; 2 qız və 2 oğul atasıdır: Hiziyə, Şahinəz, Seyfülislam, Məhəmməd.

5. Tyerri Anri

Əslən Antil adalarından olan fransalı futbolçu dünya və Avropa çempionu, UEFA ÇL və Fransa, İngiltərə, İspaniya çempionatlarının qalibi, Konfederasiyalar Kubokunun sahibidir. Tyerri Anri 2006-cı ildə müsəlman olub. Müsahibələrindən birində o deyib ki, futbolçu yoldaşlarının öyüdləri ilə İslam dinini qəbul edib: “Mən komandadan dostlarım olan Abidel və Riberinin təsiri ilə İslamla maraqlanmağa başladım. Onlarla danışarkən, mən özümü İslama yaxın hiss edirdim və bütün qəlbimlə bu dinə inanırdım. İslam mənim üçün hər şeydən önəmli oldu”. O zamandan bəri, futbolçu hər vurduğu qoldan sonra səcdə edir.

6. Şon Kristofer Stoun

O, məşhur rejissor Oliver Stounun oğludur. Şon öz atasının filmlərindəki epizodik rolları ilə məşhurdur. 2012-ci ildə sənədli filmin çəkilişi üçün etdiyi İran səfəri zamanı İslam dinini qəbul edib və adını dəyişərək Əli edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR