Dərc edildi: Baxış sayı: 524
“İslahatlar keyfiyyətli hüquqi yardımın göstərilməsinə xidmət edir” - Baş Prokuror
Həyata keçirilən mütərəqqi islahatlar vəkillik institutunun işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsinə, regionlarda hüquq infrastrukturunun genişlənməsinə, onun kadr korpusunun gənc hüquqşunaslar hesabına formalaşdırılmasına və vətəndaşlara daha keyfiyyətli hüquqi yardımın göstərilməsinə xidmət edəcək.
Azvision.az xəbər verir ki, bunu Baş prokror Zakir Qaralov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi üçün dövlət qayğısına ehtiyacı olan, sosial cəhətdən həssas əhali qrupuna, aztəminatlı ailələrə və digər əsaslı səbəbə görə öz hüquqlarını qoruya və qanunla qorunan mənafelərini müdafiə edə bilməyən şəxslərə Vəkillər Kollegiyası tərəfindən hüquqi yardımın göstərilməsi ilə bağlı fəaliyyətin genişləndirilməsi dövlətin sosial yönümlü siyasətinə dəstək verəcək.
“Ümid edirik ki, qeyd olunan islahatlar ölkəmizdə vəkillik fəaliyyətinin qabaqcıl dünya ölkələri praktikasına və beynəlxalq səviyyədə qəbul edilmiş norma və standartlara uyğun olaraq həyata keçirilməsinə təkan verəcək. İstər ibtidai istintaq, istərsə də məhkəmələrdə dövlət ittihamının müdafiəsi zamanı sıx təmasda olan prokrorluq əməkdaşlarının və vəkillərimizin əsas məqsədi fiziki və hüquqi şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsi, onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsini təmin etmək, ədalət mühakiməsinin təmin edilməsini həyata keçirmək, insan hüquqları və azadlıqları ilə bağlı beynəlxalq və konstitusion prinsiplərin tətbiqinə xidmət etməkdir”.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət