Dərc edildi: Baxış sayı: 366
İsko jurnalisti "yerində oturtdu"
İspaniya yığmasının futbolçusu İsko mətbuat konfransında jurnalistin sualını cavablandırmaqdan imtina edib. Goal.az xəbər verir ki, “El Pais”in əməkdaşı Dieqo Torres DÇ-2018 zamanı İspaniya yığması ilə bağlı tənqidi yazı yazıb. İsko bu məqamı nəzərə alaraq, onun sualını cavablandırmaqdan imtina edib:
“Mən sizin sualınıza cavab verməyəcəm. Çünki mənim hansı cavabı verməyimdən asılı olmayaraq, siz istədiyinizi yazacaqsız. Bunun baş verməsinə mane olacam. İspaniya yığmasına ətrafdan dəstək gəlməlidir. Bizə əhəmiyyətsiz olan müntəzəm tənqid lazım deyil”.
İspaniya yığması sentyabrın 8-də və 11-də Millətlər Liqasında İngiltərə və Xorvatiya ilə qarşılaşacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət