Slimfit
  1. CƏMİYYƏT

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi monitorinq keçirib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi monitorinq keçirib
Sakura

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi monitorinq keçirib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) monitorinq keçirib.

Komitə sədrinin müavini Elçin Şirinov “Report”a bildirib ki, monitorinq zamanı İdarənin müvəqqəti saxlanma yerində 2 nəfər təqsirləndirilən şəxs olub.

O deyib ki, həmin şəxslər qanunsuz olaraq narkotik vasitələri satmaqda şübhəli bilinərək saxlanılıblar: "Komitə sədri Tural Hüseynov və mən monitorinq keçirdik. Müvəqqəti saxlanma yerində iki nəfər saxlanılırdı. Onlar Lənkəran şəhər sakinləri - 1981-ci il təvəllüdlü Əsədova Salehə Əlövsət qızı və 1985-ci il təvəllüdlü Əliyev Ruslan Nadir oğlu idi. Həmin şəxslər Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinirlər. Saxlanılan zaman onlardan 1 kiloqram heroin və 500 ədəd metodon psixotrop həb aşkar edilərək götürülüb. Monitorinq zamanı təqsirləndirilən şəxslər günahlarını etiraf etdilər. Bildirdilər ki, həqiqətən də, həmin narkotik vasitələr onlardan aşkarlanıb. Qeyd ediblər ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində kirayədə yaşayan zaman həmin maddələri İran vətəndaşından satmaq məqsədilə alıblar. Hazırda İran vətəndaşı da axtarışdadır".

E.Şirinov deyib ki, monitorinq zamanı saxlanılan şəxslərlə rəftar, saxlanma şəraiti və səhhətləri ilə maraqlanıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR