İşğalçılar 300 ukraynalı uşağı Çuvaşiyaya deportasiya edəcək
Ruslar ukraynalı uşaqları Rusiya Federasiyası ərazisinə qanunsuz ixrac etməkdə davam edir. İşğalçılar Zaporojye vilayətindən 300 uşağı Çuvaş Respublikasına deportasiya etməyi planlaşdırırlar.
Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Melitopol meri İvan Fedorov danışıb.
"Rusiya mətbuatı 48 uşağın göndərildiyini, qalanlarının isə növbə ilə çıxarılacağı barədə məlumat yayıb", - Fedorov bildirib.
Melitopol meri bildirib ki, rus işğalçıları əvvəlcə ukraynalı uşaqları Azov dənizindən və xoşbəxt uşaqlıqdan məhrum ediblər, indi isə uşaqları evdən 1600 km uzaqlıqda Rusiyaya göndərirlər.
"Sonra onlar Berdyansk istiqamətində vəziyyəti manipulyasiya edəcək və Rusiyada uşaqları girov kimi saxlayacaqlar. Ukraynalı uşaqlar düşmənin ən son düşündüyü şeydir. Onlar üçün bu, şantaj üçün alver predmetidir", - Filatov bildirib.
Sayt qeyd edib ki, Ukraynaya genişmiqyaslı işğalın əvvəlindən Rusiya ukraynalı uşaqları işğal olunmuş ərazilərdən kütləvi şəkildə deportasiya edir. Onları Krıma, Rusiya Federasiyasına və ya Belarusa, guya düşərgələrdə dincəlmək üçün aparırlar.
Ukraynanın baş nazirinin müavini İrina Vereşçuk da bildirib ki, Rusiya deportasiya edilmiş ukraynalı uşaqların adlarını və doğum tarixlərini dəyişir.
Prezident Volodimir Zelenskinin sözlərinə görə, may ayına olan məlumata görə, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən 19 393 uşağın qanunsuz olaraq Rusiyaya aparıldığı məlumdur.
Bundan əvvəl Avropa Şurası Parlament Assambleyası ukraynalı uşaqların Rusiyaya deportasiyasını soyqırım kimi tanıyan qətnamə qəbul edib.
Mart ayında isə Beynəlxalq Cinayət Məhkəməsi Rusiya lideri Vladimir Putin və Rusiyanın Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın ukraynalı uşaqların qanunsuz deportasiyasına görə həbsinə order verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət