İşğal olunmuş ərazilər əvəzinə 5 milyard dollar... – İrəvanın gizli sənədi ORTAYA ÇIXDI
Ermənistanda “Milli Demokratik Təşəbbüs Qrupu” işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana qaytarılması haqqında sənədin mövcud olub-olmaması ilə bağlı hökumətə müraciət ünvanlayıb.
Ens.az Publika.az-a istinadən xəbər verir ki, “Sasna srer” partiyasının rəhbəri Jirayr Sefilyan və digər ictimai-siyasi şəxslərin təmsil olunduğu qrupun müraciətində bildirilir:
“Son günlər mediada 2016-cı ilə aid məlumatlar yayılır. Bildirilir ki, 2016-cı ilin 16 iyun tarixində Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Minsk qrupunun həmsədrlərinə rəsmi sənəd təqdim edib.
Sənəddə iki mühüm məsələ yer alır: birincisi, Laçın dəhlizi istisna olmaqla, Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılır; ikincisi, hərbi qüvvələrini bu ərazilərdən çıxaracağı halda Ermənistan 5 milyard dollar yardım ayrılmalıdır.
Bu məsələni aydınlaşdırmaq üçün suallara cavab verilməsini tələb edirik:
Yuxarıdakı məlumatlar doğrudurmu?
Doğrudursa, sənəd niyə hələ də gizli saxlanılır?
Bu sənədin müəlliflərinin müəyyənləşdirilərək, məsuliyyətə cəlb olunması üçün indiyə qədər hansı addımlar atılıb?
“Aprel müharibəsi”ni araşdıran komissiyanın əlində sənəd varmı, varsa, hesabat tərtib edərkən belə bir sənədin mövcudluğu və məzmunu nəzərə alınıbmı?
Bu suallara ən qısa müddətdə cavab verməyi və mövcuddursa, sənədi dərc etməyi tələb edirik”.
Müraciət Ermənistanın baş nazirə, parlament sədrinə, xarici işlər nazirinə və “Aprel müharibəsi”ni araşdıran parlament komissiyasına ünvanlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət