Slimfit
  1. SİYASƏT

İşğal edilmiş Dağlıq Qarabağ ərazisində Azərbaycanın 212 yaşayış məntəqəsinin adı erməniləşdirilib

İşğal edilmiş Dağlıq Qarabağ ərazisində Azərbaycanın 212 yaşayış məntəqəsinin adı erməniləşdirilib
Sakura

İşğal edilmiş Dağlıq Qarabağ ərazisində Azərbaycanın 212 yaşayış məntəqəsinin adı erməniləşdirilib

Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində 212 yaşayış məntəqəsinin adı dəyişdirilərək erməniləşdirilib.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Geodeziya və Kartoqrafiya MMC”nin direktor müavini Müqabil Bayramov deyib.

Onun sözlərinə görə, erməniləşən coğrafi adlar Ermənistan tərəfindən hazırlanan “Dağlıq Qarabağ” atlasında qeyd edilib.

M.Bayramov əlavə edib ki, ermənilər bununla yanaşı, tarixi Azərbaycan ərazisində olan 112 hidronimləri dəyişdirərək erməniləşdiriblər. Ümumilikdə isə ermənilər qədim dövrdən indiyədək qədim Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində olan 500-ə yaxın yaşayış məntəqəsinin adını dəyişdiriblər:

 

“Ermənilər Azərbaycan toponimlərinə sanki hücum ediblər. Bir misal deyim ki, hazırda Ordubad rayonunda olan Nəsirvaz kəndinin qədim erməni kəndi olduğunu iddia edirlər. Lakin 1847-ci ildə ruslar tərəfindən Tiflisdə Əlahiddə Qafqaz korpusunun Baş Qərargahında 1:420 000 miqyasında “Кавказскаго края” adlı xəritə hazırlanıb ki, həmin xəritədə bu kəndin adı açıq-aydın Nəsirabad yazılıb.

M.Bayramov bildirib ki, Azərbaycanın coğrafi adlarının düzgün təqdim edilməsi üçün “Ermənistan ərazisində Azərbaycan toponimləri xəritəsi” və “Azərbaycan hidronimləri xəritəsi”ni alimlərlə birlikdə hazırlayıb nəşr ediblər:

"Müəssisəmizdə nəşr edilən “Azərbaycanın tarixi atlası”, “Azərbaycan Səfəvilər dövləti (XVI əsr)” , “Qafqaz 1903-cü il” və digər tarixi xəritələrimizə baxdıqda bu toponimlərin Azərbaycan mənşəli olduğu aydın görünür. Misal üçün, “Qafqaz 1903-cü il” xəritəsində qədim Azərbaycan adları Karvansaray (Razdan), Yeni Bəyazid (Kəvər), Sərdarabad(Armavir ), Qəmərli (Artaşat), Molla Dursun (Şaumyan), Aşağı Qaranlıq (Martuni), Basarkeçər (Vardenis), Soylan (Vayk), Gözəldərə (Vanadzor), Hamamlı (Spitak), Dərəçiçək (Saxkadzor) və s. aydın göstərilib".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR