Slimfit
  1. AZƏRBAYCAN

İSESCO-nun baş direktoru: "Azərbaycan artıq beynəlxalq platformaya çevrilib"

İSESCO-nun baş direktoru: "Azərbaycan artıq beynəlxalq platformaya çevrilib"
Sakura

İSESCO-nun baş direktoru: "Azərbaycan artıq beynəlxalq platformaya çevrilib"

"Azərbaycanın Dağlıq Qarabağ kimi problemi olmasına baxmayaraq inkişaf edir. Dünya ədalətli olmalıdır ki, bu məsələlər həll olunsun".

"Report" xəbər verir ki, bunu İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri VI Bakı Humanitar Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, digər ölkənin ərazisini işğal etmək beynəlxalq hüquqa ziddir: "Biz bu hüquqların prinsiplərinə uyğun addım atmalıyıq. Bu gün dünyada bir çox insan müharibələrdən, yoxsulluqdan əziyyət çəkir. Dünyada ədaləti bərpa etməliyik. Bakı forumu bu istiqamətdə irəliyə doğru atılan addımdır".

Baş direktor vurğulayıb ki, beynəlxalq ictimayyətin diqqəti dünyada ədalətin bərqərar olmasına ilə bağlı işlərə yönəlməlidir: "Biz insanlar dünyaya üz tutaraq deməliyik ki, bacı-qardaşıq, doğmayıq. Dünya öz səylərini birləşdirməli, səfərbər olmalıdır. Bərabərlilik təmin olunmalıdır. Biz öz tərəfdaşlarımızla çalışır, beynəlxalq təsisatlarla əməkdaşlıq edərək bildiririk ki, bəşəriyyətə xidmət edən ideallara xidmət etməliyik. Biz ailə olmalıyıq. Quranda, İncildə,Tövratda insanların bərabərliyi qeyd olunub. Biz dünyada ədalətlə bağlı müxtəlif ölçülərdən istifadə edə bilmərik. 

Mən dünyada çox yerləri gəzib, insanların səfalət içində yaşadığının şahidi olmuşam. Biz öz ölkələrimizin gələcəyi üçün çalışmalıyıq. Azərbaycan bu məsələdə dünyaya nümunə göstərir. Dünya nümayəndələrinə bura yığmaqla sülhü təbliğ edirsiz. Azərbaycan artıq beynəlxalq platformaya çevrilib".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR