Dərc edildi: Baxış sayı: 336
İşə yaramadı - Trampın Rusiya üzrə müşaviri istefaya gedir
Tim Morrisonun yerini isə dövlət katibinin köməkçisinin İraq və İran üzrə müavini Endryu Pik tutacaq
BAKI, 31 oktyabr — Sputnik. Ağ Evin Milli Təhlükəsizlik Şurasının Rusiya məsələləri üzrə aparıcı mütəxəssisi Tim Morrison vəzifəsini tərk edir.
Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən "Washigton Post" bildirib.
Məlumata əsasən bu gün Morrison Konqresdə ABŞ Prezidenti Donald Trampın mümkün impiçmentinin qarşısını ala bilən ifadələri verməlidir.
Morrisonun yerini isə dövlət katibinin köməkçisinin İraq və İran üzrə müavini Endryu Pik tutacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət