Dərc edildi: Baxış sayı: 520
İşə qəbul imtahanlarında növbəti yüksək bal toplayan namizədlər
Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir. İyulun 19-da keçirilən imtahanlarda fiziki tərbiyə və riyaziyyat müəllimi olmaq istəyən 2 min 837 namizəd iştirak edib.
Təhsil Nazirliyindən bildiriblər ki, riyaziyyat fənni üzrə Bakı Dövlət Universitetinin məzunu Humay Quliyeva 56, fiziki tərbiyə fənni üzrə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu Nərmin Orucova 53 bal toplayaraq namizədlər arasında maksimum nəticə əldə ediblər.
İmtahanlar iyulun 24-dək davam edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət