Dərc edildi: Baxış sayı: 479
İşdən çıxarıldığı deyilən jurnalist hər şeyə aydınlıq gətirdi: Öz yerimdəyəm
“Azad Azərbaycan” telekanlındakı işinə xitam verildiyi bildirilən jurnalist İlkin Xəlilov məsələyə aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, o, “Facebook” səhifəsində işdən çıxarılmadığını qeyd edib.
“ATV-dəki işimə davam edirəm! Bu, 3 aymı çəkəcək, 6 aymı olacaq, bilmirəm, amma hələlik öz yerimdə, 17 il çalışdığım doğma kollektivimlə birgəyəm. Dəstəyiniz üçün var olun!”
Xatırladaq ki, bundan əvvəl ATV-nin prezidenti Azər Xəlilov İlkin Xəlilovun işdən çıxarılmadığını açıqlamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət