Slimfit
  1. CƏMİYYƏT

İşdən çıxarılan şəxslərin diqqətinə! - Belə kompensasiya ala bilərsiniz

İşdən çıxarılan şəxslərin diqqətinə! - Belə kompensasiya ala bilərsiniz
Sakura

İşdən çıxarılan şəxslərin diqqətinə! - Belə kompensasiya ala bilərsiniz

Ölkədə fəaliyyət göstərən bir sıra şirkət və müəssisələr adətən işçi ilə əmək müqaviləsinə xitam verərkən, kompensasiya ödənilmir.

 Bu bir çox hallarda vətəndaşla sözügedən şirkət arasında bağlanan əmək müqaviləsinin düzgün tərtib olunmaması və ya işçinin vaxtında düzgün şəkildə müqavilə imzalaması ilə bağlı olur. 

Ens.Az-ın məlumatına əsasən,mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Referans.az saytına açıqlama verib. 

“Ümumiyyətlə hər hansı bir müəssisə fəaliyyət göstərən zaman orada hər hansı bir rəhbər dəyişikliyi baş verdikdə, işçilərin kütləvi ixtisarına heç bir halda yol verilmir. Belə bir hal əmək qanunvericiyi ilə qadağandır. Çünki müəssisənin yeni sahibi müəssisəni qəbul edən zaman, onu tam heyəti, aktivləri, borcları və öhdəlikləri ilə qəbul edir. Təbii ki, belə olduğu üçün yeni rəhbərliyin müəssisənin işçiləri qarşısında müəyyən öhdəlikləri olur. Kompensasiya da bunlardan biridir. Məsələn, işçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanan zaman belə bir şərt ola bilər ki, tərəflər arasında əmək müqaviləsinə xitam verilən zaman işçi məhkəməyə müraciət etməyəcəkdir. Bu cür şərtlər yazıldığı andan etibarsızdır. Yəni əmək müqaviləsində işçinin hüquqlarını məhdudlaşdıran və əmək məcəlləsinə zidd olan müddəalar bağlandığı andan etibarsız hesab olunur. Digər bir tərəfdən əgər işçiləri ixtisar edərlərsə, birinci növbədə attestasiya keçirilməlidir. Bu zaman ixtisaslaşdırma attestasiyanın nəticəsinə uyğun aparılmalıdır. Bununla bağlı ixtisara düşmüş işçilərə attestasiyanın rəsmi məlumatı verilməli və işdən çıxma əmri təqdim edilməlidir. Qanuni şəkildə ştat ixtisarı olursa, bu zaman işçinin əmək stajı 1 ilə qədərdirsə, ən azı 2 təqvim həftəsi qabaqcadan sözügedən işçiyə məlumat vermək lazımdır. Əgər işçinin əmək stajı 1 ildən 5 ilə qədər olduqda ona 1 ay, 5 ildən 10 ilə qədər olduqda isə ən azı 1 ay yarım qabaqcadan xəbərdarlıq edilməlidir. Xəbərdarlıq müddəti ərzində işçiyə hər həftədə ən azı 1 gün icazə verilməlidir”.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov Azərbaycanda fəaliyyət göstərən bir çox müəssisənin işçilərlə yollarını ayırdığı təqdirdə onlara kompensasiya ödəmədiyi qeyd edib.

“Hazırda işə götürənlərin 90 faizi işçiləri ixtisar etmir, onalarla müddətli əmək müqaviləsi bağlayır, müddət başa çatdıqda qanunsuz olaraq müqaviləyə xitam verir və kompensasiya ödənilmir. Tək-tək müəssisələr var ki, orada qapanma olarsa və ya ixtisarlaşdırma əlavə kompensasiyalar verir. Məsələn, “SOCAR” kimi dövlət şirkətdə bu cür olur. Orta əmək haqqının 5 misli civarında kompensasiya ödənilir. Amma əksər şirkətlər və müəssisələr dediyim qaydada edirlər, yəni kompensasiya və ya başqa ödəniş etmirlər. Fiziki şəxsləri isə qanunvericilik tənzimləmir. Sahibkar olan fiziki şəxslərdə VÖEN olmadığı üçün, işçisi ilə əmək müqaviləsinə xitam verdikdə, heç bir kompensasiya vermir. Özəl sahibkarlar və bəzi hüquqi şəxslər isə, qəsdən əmək müqaviləsini qısa müddətli bağlayırlar və heç bir ödəniş etmədən işçiləri işdən uzaqlaşdıra bilirlər. Əgər işə müraciət edən işçi rəhbərlikdən müddətsiz əmək müaviləsi bağlamağı tələb etdikdə, bu zaman həmin işçini işə götürmürlər. Əmək məcəlləsində ziddiyətli maddələr var. Bir maddədə göstərilir ki, işin göstərilən xidməti daimi xarakter daşıdığı halda, əmək müqaviləsi müddətsiz bağlanmalıdır. Digər bir maddədə isə qeyd edilir ki, tərəflərin razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR