Dərc edildi: Baxış sayı: 800
İşdə və nəqliyyatda qripə yoluxmamaq üçün nə etməli?
Havalar soyuduqca kəskin respirator viruslar, eləcə də qrip ştamları aktivləşir və siz daha çox insanı yolda, nəqliyyatda, iş yerində asqıran, öskürən, burnunun suyu axan vəziyyətdə görürsüz.
Qrip mövsümü başlayıb və siz nə edəcəyinizi bilmirsiz.
Axı bu viruslar daha çox adam olan yerdə, qapalı məkanlarda, ictimai nəqliyyatda yoluxur.
Yoluxmamaq üçün sən nə etməlisən, qorunma yolu varmı?
Medicina.az çətin də olsa qorunmaq üçün bəzi məsləhətləri təqdim edir.
1.Əllərinizi tez-tez yuyun
Çox sadə,banal səsələnsə də əllərini tez-tez yumaq viruslara qarşı effektiv metoddur. 80% infeksion xəstəliklər toxunma yolu ilə keçir. Yəni insan virus daşıyıcısı olan insana, o insanın toxunduğu əşyalara, məsələn nəqliyyatda tutacaqlar, qapılar, oturacaqlardan əlləri ilə virusu yaxalayır. Sonra həmin əllərlə göz, ağız, burnunuza toxunub zərərli mikroorqanizmləri daxilə keçirirsiz. Selikli qişa ilə o orqanizmə keçib, kəskin respirator xəstəlik, rotavirus və ya qrip yaradır. Ona görə siz yoldan gələn kimi, nəqliyyatdan işə çatan kimi, eləcə də ofisdə iş saatlarında hər 1 saatdan bir əllərinizi normal antibakterial sabunla yusanız, xəstələnmək riski xeyli azalacaq.
Əllər sabunla 30 saniyə sürtülməlidir, sonra yuyulmalıdır. Daha sonra qurudulmalıdır. Əgər su yoxdursa, yanınızda 60% li spirt saxlayıb, əllərinizi və masanızı gündə 3 dəfə dezinfeksiya edin
2.Antiseptik sprey alın
Bunlar aptek və mağazalarda satılır. Əgər işdə kimsə xəstələnibsə və siz o adama yaxınsızsız, birinci növbədə o da, siz də qoruyucu maska taxmalı, daha sonra bu spreylə hər 30 dəqiqədən bir əllərinizi komputeri, masanı, qapı dəstəklərini silə bilərsiz.
Ətrafdakılar sizə paranoik kimi baxsalar da, qrip viruslarından qorunmağın yolu budur. Viruslar müxtəlif əşyaların səthində bir neçə saat yaşaya bilir.
3.Müxtəlif bitki və ədviyyatlı çaylar için
Viruslar burun və ağızla daha çox keçdiyi üçün orqanizm onunla mübarizə üçün burun axıntısını gücləndirir. Ona görə xəstələnəndə burun axması normaldır. Sizin vəzifəniz bacardıqca bu suyun yaranmasını artırmaqdır, bu da yalnız isti maye, çay və acılı bir qida qəbulu ilə mümkündür.
Ona görə zəncəfil, darçınlı çay, istiot qəbulu lazımdır.
4.Əlavə vitaminlər qəbul edin
Qriplə mübarizədə immuniteti gücləndirmək üçün ən lazımlı vitaminlər D və C vitaminidir. Əgər sizdə bu 2 vitamin xroniki defisitdirsə, tez-tez xəstələnəcəksiz. Ona görə sentyabr ayından bu vitaminlər qanda analizini verib profilaktik dozada qəbul edin. Elə ki, soyuqdəymənin ilk əlamətləri başladı, C vitamini inyeksiyası edin.
Eləcə də apteklərdən tapa biləcəyiniz Exinasiya ekstraktı çox effektivdir.
5.Peyvənd etdirin
Adi zökəm, soyuqdəymə, respirator xəstəliklərdən peyvənd yoxdur. Çünki onun törədicisi 200 adda virusdan biri ola bilər. Amma konkret qrip ştamlarına qarşı peyvəndlər var, bir neçə ildən bir bu peyvəndlər yenilənir, gücləndirilir.
Qripdən qorunmaq üçün sentyabr ayından artıq vaksin vurdurmalısız. Bunun üçün özəl klinikalara müraciət edə bilərsiz. Vaksini oktyabrın 15-nə vurub bitirmək lazımdır. Qrip vaksini 6 aylıqdan 70 yaşa kimi hər kəsə oluna bilər.
6.Qidalanmanızı dəyişin
İmmuniteti qaldırmağın yolu qidalanmadan keçir. Yaxşı qidalar, meyvə, tərəvəz, maye qəbulunu normaya salın, doyunca yatın. Ən yaxşı qidaları seçin, zərərli vərdişləri, qidaları azaldın
Xəstələnsəm, nə edim?
Əgər qrip və zökəm varsa, özünüzü və ətrafdakıları qorumağın yeganə yolu həkimdən arayış alıb, evdə yatmaqdır. Bu ən azı 3 gün olmalıdır.
Əgər mütləq işə getməlisizsə, maska, spirt, dezinfeksiyaedici məhlul özünüzlə olsun. Ən yaxın kolleqa sizdən 1 metr yarım aralı olmalıdır. Kütlə arasında çox gəzməyin, uşaqlara toxunmayın.
Asqırıq və öskürəyi salfet və ya dəsmala edin. Dərhal əllərinizi spirtləyin.
Metro, avtobusda qorunmaq üçün fikir verin, xəstəhal, burun suyu axan kimsə varsa, ondan 1 metr aralı dayanın. Pəncərəyə yaxınsızsa, aralayın, təmiz hava gəlsin. Nəqliyyatdan çıxan kimi əllərinizi dezinfeksiya edin.
Natri xlor və ya burun yumaq üçün olan dəniz suyu alıb, hər gün 3-5 dəfə burnunuzu yuyun
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət