Slimfit
  1. MARAQLI

İşdə stressdən uzaq olmaq üçün nə etməli – 5 çıxış yolu

İşdə stressdən uzaq olmaq üçün nə etməli – 5 çıxış yolu
Sakura

İşdə stressdən uzaq olmaq üçün nə etməli – 5 çıxış yolu

Yay fəslinin gəlişi ilə hamımız iş həyatının ağırlığından şikayət etməyə başlamışıq. Çoxumuz hesab edirik ki, ağır iş şərtləri və günün yükü bizi çox yorur. Nəticədə isə günahı özümüzdə axtarırıq: biz stressdən uzaq iş həyatını yarada bilməmişik...

Bəs stressdən uzaq iş həyatını necə yaratmaq olar? Həm çalışıb, həm də stressiz qalmaq mümkündürmü?

"İş həyatı hər şeyi normada saxlayarkən, üstünə nələrsə əlavə etməyə çalışdığımız böyük bir Jenqa oyunudur”. Bu iş mədəniyyəti üzərində araşdırmalar aparan və iş yerində necə xoşbəxt ola biləcəyimizə dair elmi araşdırmalar aparan Bryus Deysleyin fikirləridir. Deysley eyni zamanda Twtter'ın Avropa, Orta Şərq və Afrika üzrə təmsilçisidir.

Musavat.com BBC Türkcəyə istinadən sözügedən müəllifin araşdırmasını təqdim edir: iş həyatımızı necə daha az stressli edə bilərik?

1. Elektron hesablarınızı qapadın

İş qaynaqlı stressi azaltmaq üçün edə biləcəyiniz ən asan şey elektron hesablarınızdakı oxunmamış email sayını qapatmaqdır. Bu, stress səviyyəmizi azaltmaq üçün edə biləcəyiniz ən bəsit hərəkətdir.

İş saatları xaricində elektron poçtunu yoxlayanların yarısında yüksək səviyyədə stress özünü göstərir. Odur ki, bu bəsit hərəkət edə biləcəyiniz ən önəmli hərəkətlərdən biri ola bilər.

2. Nahar fasiləsindən istifadə edin

Edə biləcəyiniz ən vacib dəyişiklik nahar fasiləsindən yararlanmaqdır. İş masanızdan uzaqlaşıb, bayıra çıxaraq özümüzü yeniləməmiz inqilab xarakterli bir addım olmaya bilər. Amma ofis masasında qidalanmaq vərdişi o qədər çox görülməyə başladı ki, bu da stress səviyyəmizin yüksəlməsinə gətirib çıxardı.

Alimlərə görə, enerjinizi yeniləmənin və işə davam etmənin ən yaxşı yolu o fasilədən istifadə etməkdir.

3. Keşiş moduna keçin

Bir çoxumuz daima yaşanan kəsintilərə görə, iş görmənin daha da çətinləşdiyini düşünür. Deep Work – “Dərin iş” kitabının yazarı Corctaun Universitetindən professor Kel Nyuportun önə sürdüyü fikirlərdən biri, səhər saatlarında keşiş moduna keçməkdir.

Keşiş modu nədir?

Bəlkə həftədə iki dəfə, 90 dəqiqə boyunca asudə halda çalışa biləcəyiniz, səssiz, gurultusuz, narahat edilməyəcəyiniz bir yerlərə getməkdir.

Sonra da ofisə keçmək. Bunun digər bir üstünlüyü də nəqliyyatın qaynar olduğu saatlardan qaça bilməkdir.

4. Daha çox söhbət edin

Bir çox şirkət ofisdə innovasiyanı, yaradıcılığı və fikirləri inkişaf etdirə biləcək yenilik axtarışındadır. Massaçusets Texnologiya İnstitutunun həyata keçirdiyi maraqlı bir araşdırmaya görə, iş yerlərində yaradıcılığı artırmağın ən yaxşı yolu söhbət miqdarını artırmaqdır.

Araşdırmaçılardan Ben Veyber ofisdə yaradıcılığı artırmağın ən yaxşı yolunun qəhvə aparatının yerini dəyişdirmək olduğunu deyir.

Qəhvə aparatı, çaydan və ya suyu fərqli yerlərə qoysanız, insanlar daha çox söhbət edər. Söhbət bir gün öncəki serial, futbol matçı və sair ola bilər. Amma təbii olaraq bu söhbətlər daha sonra iş mövzusuna çevrilir.

İnsanları daha çox söhbət etməyə təşviq edərək, daha çox iş görülməsini ummaq qəribə ola bilər. Amma araşdırma ən yaradıcı ofislərin ən çox söhbət edənlər olduğunu göstərir.

5. Bir rəqəmsal istirahət gününüz olsun

Elm adamları işdə yaradıcı olmağın, yeni fikirlər tapmağın qarşısındakı ən böyük maneənin stress olduğunu deyir. Əlimizdə telefonlarımızla, keçmişlə müqayisədə daha çox stressliyik.

Dolayısı ilə bir stressi azaltma üsulu tapmaq hər zamankından daha önəmlidir. Bunun ən yaxşı yollarından biri yaxşı bir fasilə, rahatladıcı bir həftə sonu tətili keçirməkdir. Həftə sonu, işdən uzaq qalmaq üçün özünüzə bir rəqəmsal icazə günü verməlisiniz.

Müdirinizə həftə sonu sizə email yollamaması üçün təşviq edin. Çünki bu, bazar ertəsi günü işə geri qayıdanda işçilərin stressini artırır. Stressli insanlar yaradıcı ola bilməz.

6. 40 saat yetər

Günümüz dünyasında, çox uzun saatlar boyunca işləyən insanları təqdir edirik. Əslində bütün sübutlar bunun çox da yaxşı bir fikir olmaya biləcəyini göstərir. Bəlkə də həftədə 40 saat düzgün çalışma miqdarıdır. Tətillərimizi və axşamlarımızı enerjimizi yenidən tapmaq üçün istifadə edək ki, iş masamıza qayıdanda həyat dolu ola bilək. Bu mənada həftə ərzində 40 saat çalışmaq kifayətdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR