Slimfit
  1. MARAQLI

İş masanız xarakteriniz haqqında nə deyir?

İş masanız xarakteriniz haqqında nə deyir?
Sakura

İş masanız xarakteriniz haqqında nə deyir?

Xerox analitikləri işçilərin xarakterik xüsusiyyətlərinin iş masalarında özünü göstərdiyini, ofis mühitinin görünüşünün məhsuldarlığa böyük ölçüdə təsir etdiyini söyləyir. Ofislərdə istifadə olunan rənglər, ofis mebelinin təşkili, iş masalarının yerləşdirilməsi, işçilərin masalarında istifadə olunan əşyalar, işçinin şəxsiyyəti və şirkətin işi barədə vacib məlumatlar verir.

Təxirə salmağı sevənlərin masaları nizamsızdır

Masasında sənədləri və əşyaları dağınıq olanlar, qərarlarını, hərəkətlərini nizamlı olaraq təxirə salan plansız işçilərdir. Sənədləri və faylları masasının üzərində yığcam və nizamlı olanlar isə sürətli qərar verən, işlərini təxirə salmayan, planlı işi sevən kəslər olaraq təyin olunur.

Az təchizatlı ofislərin məhsuldarlığı daha yüksəkdir

İş mühitini mümkün qədər sadə şəkildə saxlayan insanlar öz işlərinə diqqət yetirmək istəyən, yüksək məhsuldarlığa sahib işçilər hesab olunur. Çox əşyalı bir iş mühitinə sahib olanlar isə diqqəti dağınıq, zamanı yaxşı istifadə edə bilməyən, nizam ilə arası olmayan kəslər olaraq qiymətləndirilir.

Ailə fotoşəkilləri ilə xüsusi həyat vurğusu

İş sahəsində ailəsinin və dostlarının fotoşəkillərini saxlayanlar, ailəsinə əhəmiyyət verdiyini və iş xaricində də sosial bir həyatı olduğunu düşündürmək istəyən kəslərdir. İş sahəsinə ailə və dost fotoşəkilləri qoymayanlar isə şəxsi həyatını işə daşımaq istəməyən və bu mövzuda mühafizəkar davranan kəslər olaraq qiymətləndirilir.

Müdrik sözlərdən istifadə edən idealist işçilər

İş mühitində ilham verən sözlər istifadə edənlər rol idealist bir görünüş qazanmağa çalışanlardır. Bu kəslər aforizm və müdrik sözlərlə başqalarına mesaj verməyi sevər və rol model aldıqları kəslərin sözlərini bir motivasiya vasitəsi olaraq görərlər.

Diqqətlə qeyd aparanlar daha intizamlı və planlıdır

Kağızlar və ya noutbuklara yazılmış kiçik notlar və planlar işin intizamlı olduğunu göstərir. İşlə bağlı olduqca nizamlı, oxunaqlı qeydlər aparanlar; iş həyatını planlayan və intizamlı insanlar kimi qəbul edilir.

Rəng seçimi də xarakterin əks olunmasıdır

Geyimdə və iş yerlərində seçdikləri hər rəng fərqli bir xarakteristikanı təmsil edir.

Məsələn, iş sahəsindəki qırmızı obyektləri olan insanlar, qırmızı geyimli insanlar iddialı, istəkli və ön planda olmağı sevən insanlardır.

Mavi, yaşıl çalarları olanlar sakit və soyuqqanlı insanlar kimi təyin olunur. Bu işçilər böhran anında ən çox axtarılan insanlardır.

Çalışma sahəsində sarı və narıncı kimi canlı rənglərə üstünlük verənlər yüksək enerjili, asanlıqla ünsiyyət quran sosial işçilərdir.

Bənövşəyini sevənlər yüksək həssaslıqla biznesdə yaradıcılıq xüsusiyyətlərini qoyanlardır.

 rəng sadəliyi sevən, nəticə yönümlü, planlı çalışan insanların seçimidir.

Boz və qəhvəyi geyim və iş mühiti təmkinli və özlərini asanlıqla ilk növbədə ortaya qoymayan şəxslərdir. İş mühitində və istifadə etdikləri əşyalarda qara rəngi sevənlər isə özünə inamı yüksək, iddialı və qərarlı işçilərdir.

Musiqi dinləyənlər fikrini cəmləmək istəyir

İşçilər musiqini işə diqqət yetirmək və ofisdəki digər səsləri boğmaq üçün istifadə edir. Həmçinin iş görərkən musiqi dinləyənlər "darıxdırıcı" gördükləri işləri xoş bir hala çevirməyə, streslerini azaltmağa çalışır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR