Slimfit
  1. İDMAN

İrqçi mesajlar alan futbolçu canlı yayımda göz yaşlarını saxlaya bilmədi

İrqçi mesajlar alan futbolçu canlı yayımda göz yaşlarını saxlaya bilmədi
Sakura

İrqçi mesajlar alan futbolçu canlı yayımda göz yaşlarını saxlaya bilmədi

 Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Con Obi Mikel iqrçi mesajlar aldığı üçün polisə şikayət edib.

Haberler.com-un məlumatına görə, Mikelə bu tip mesajlar sosial şəbəkələrdə “Trabzonspor” - “Fənərbaxça” matçından sonra rəqib komandanın azarkeşləri tərəfindən gəlməyə başlayıb.

Buna görə məyus olan futbolçu canlı yayımda çıxışı zamanı bildirib:

“İrqçiliyin futbolda qətiyyən yeri yoxdur. Həm mənə, həm uşaqlarıma, həm də qız dostuma təsir edən cümlələr işlədilir. Buna görə həm məyus, həm də çox əsəbiyəm”.

Mikel bu sözləri deyərkən göz yaşlarına hakim ola bilməyib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR