Slimfit
  1. DÜNYA

İrəvanın şimal və cənub qapısı da bağlanır - Şarmazanov

İrəvanın şimal və cənub qapısı da bağlanır - Şarmazanov
Sakura

İrəvanın şimal və cənub qapısı da bağlanır - Şarmazanov

Rusiya-Gürcüstan və ABŞ-İran münasibətləri ətrafında vəziyyət Ermənistan üçün ciddi problemlər yaradır.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov danışıb.

“Rusiya-Gürcüstan münasibətlərində gərginlik Ermənistanın maraqlarına uyğun deyil. Biz çox narahatıq. Rusiya bizim müttəfiqimiz və qardaş ölkəmizdir. Gürcüstan bizim qonşumuz və həmçinin qardaş ölkəmizdir”, - Şarmazanov bildirib.

Onun sözlərinə görə, sözügedən vəziyyətdən Ermənistan heç bir divident əldə edə bilməz. Hazırkı proseslər həm iqtisadi, həm də siyasi planda mənfi təsirlərlə müşahidə edilə bilər.

Moskva ilə Tiflis arasında yaranmış gərginlik barədə danışan Şarmazanov Rusiya tərəfində heç bir səhv görmədiyini qeyd edib.

“İstənilən təşkilatçı ölkə öz ərazisindəki tədbir zamanı təhlükəsizliyi təmin etməlidir”, - Şarmazanov söyləyib.

O bildirib ki, İrəvanda Azərbaycan nümayəndələrinin iştirakı ilə dəfələrlə tədbir keçirilib və bənzər proseslər yaşanmayıb. Öz növbəsində erməni deputatlar da Bakıya səfər edib və burada da ciddi insidentlər qeydə alınmayıb.

“Gürcüstandakı vəziyyətə ABŞ-İran münasibətlərindəki gərginliyi də əlavə etsək, belə çıxır ki, Ermənistanın şimal və cənub sərhədlərində ciddi problemlər yaranıb. Hazırkı hakimiyyət çox çətin geosiyasi vəziyyətdədir”, - Şarmazanov bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR