Slimfit
  1. DÜNYA

İrəvanı niyə müharibə qorxusu bürüyüb?

İrəvanı niyə müharibə qorxusu bürüyüb?
Sakura

İrəvanı niyə müharibə qorxusu bürüyüb?

Türkiyə və Rusiyanın regionda bir-birinə yaxınlaşması Ermənistanın maraqlarına uyğun gəlmir. Bu gün İrəvanda belə bir düşüncə var ki, Türkiyənin regionda güclənməsi Ermənistanın bir ölkə olaraq varlığına təhlükədir. Əslində isə bu, ermənilərin özləri tərəfindən yaranan əsassız iddiadır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli son zamanlar Ermənistan siyasi elitasında Türkiyə və Azərbaycanın Ermənistanla müharibə hazırlıqlarına başladığı haqda yayılan xəbərləri şərh edərkən deyib. O bildirib ki, Ermənistanda bu gün də Türkiyə əleyhinə kampaniyalar aparılır:

“Ermənistan hər zaman Türkiyənin güclənməsindən ehtiyat edib. Təsadüfi deyil ki, Türkiyə əleyhinə aparan bütün kampaniyalara Ermənistan dəstək verir. Bu isə ermənilərin Türkiyədən nə dərəcədə çəkindiklərini göstərir.

Son illərdə Türkiyənin hərbi cəhətdən güclənməsi və regionda əməliyyatlar aparması istər-istəməz Ermənistan hakimiyyətində qorxu yaradır. Növbəti əməliyyatın Ermənistana qarşı ediləcəyini düşünürlər. Lakin bu iddiaların bir məntiqi əsası yoxdur. Çünki Türkiyə hər dəfə açıq şəkildə bütün dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipi ilə yanaşdığını qeyd edir”.

Politoloq qeyd edib ki, Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycan əleyhinə müharibə ssenariləri yaratmağa və cəmiyyəti buna inandırmağa məcburdur:

“Bu gün Ermənistan regionda bütün beynəlxalq layihələrdən kənarda qalıb. Bu da istər-istəməz ölkə daxilində iqtisadi problemlərə gətirib çıxarır. Heç kəsə sirr deyil ki, Ermənistanda iqtisadi gərginlik səbəbindən xalqla hakimiyyət arasında narazılıqlar günü-gündən artır. Bu mənada hakimiyyət narazı xalqın fikrini yayındırmaq üçün belə bir yola əl atır. Digər bir səbəb isə Ermənistanın Rusiyanın marağını regiona çəkmək istəyidir. Ermənistan hər zaman Rusiyanın vassalı olub və onun ayaqda qalması üçün siyasi-iqtisadi və hərbi dəstəyini göstərib. İndi də iqtisadi gərginlik yaşayan Ermənistan bu cür informasiya manipulyasiyaları ilə Rusiyadan yəqin ki, iqtisadi güzəştlər əldə etməyə çalışır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR