Dərc edildi: Baxış sayı: 389
İrəvandan sərsəm hədə: Bakıya cavab veriləcək?
Ermənistan Müdafiə Nazirliyi Bakıya qarşı yenidən sərsəm ittihamlar irəli sürüb.
Axar.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan MDB müdafiə nazirlərinin Bakıda iclasının baş tutduğu anda Azərbaycanın guya Ermənistan ərazisini atəşə tutduğunu iddia edib.
O, Azərbaycanın guya yol verdiyi fəaliyyətinə MDB-nin Bakı iclasından sonra cavab veriləcəyini söyləyib.
Qeyd edək ki, bu, Ermənistan tərəfindən düşünülərək yayılan növbəti manipulyasiyadır. Qoşulmama Hərəkatının yaydığı bəyanatdan sonra qorxuya düşən Ermənistan Azərbaycanda növbəti mötəbər tədbirə qarşı informasiya provokasiyasını davam etdirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət