Dərc edildi: Baxış sayı: 667
İrəvanda etirazçılar hökumət binasına daxil oldular
Ermənistanın Baş naziri Nikol Paşinyanın əleyhdarları İrəvanın mərkəzində yerləşən hökumət binasına daxil olublar.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,bu barədə “RİA Novosti” məlumat yayıb. Bina daxilində bir neçə nazirliyin ofisinin olduğu bildirilir.
Müxalifətçilər birinci mərtəbədəki foyedə mitinq keçirərək nazirliklərin işçilərini Paşinyan tərəfdarlarının mitinqlərində iştirak etməməyə çağırıblar. Bundan sonra onlar Paşinyanın istefasını tələb edən şüarlar səsləndirərək binanı tərk ediblər.
“Aksiyamızı bitiririk. Məqsədimiz istənilən nazirliyə girə biləcəyimizi göstərmək idi”,- deyə iştirakçılardan biri qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət