Slimfit
  1. MƏDƏNİYYƏT

İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açacaq

İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açacaq
Sakura

İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açacaq

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 138-ci mövsümünü şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşası ilə açacaq.

Bu barədə "Report"a Teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

Onun sözlərinə görə, tamaşa sentyabrın 15-i saat 19:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində oynanılacaq.

Tamaşanın quruluşçu rejissor, tərtibatçı rəssam və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, bəstəkarı Muxtar Abseynov, rejissor assistenti Bəhruz Hikmətoğlu, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

Rollarda aktyorlar - Natiq Həziyev, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Sevinc Hüseynova, Ruhiyyə Eyvazova, Bəhruz Hikmətoğlu, Rövşən Cəfərov, Arzuman Tanrıverdi, Səbinə İmamverdiyeva, Pərvin Dadaşova, Xədicə Məmmədova, Anar Buludov və Zəki Fətəliyev çıxış edəcəklər.

Səhnə əsəri erməni quldurlarının XX əsrin əvvəlində Azərbaycan xalqına qarşı törətdikləri soyqırımını əks etdirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR