Dərc edildi: Baxış sayı: 1261
İrəvan məscidləri
Məşhur fransız səyyahı Jan Şardən 1673-cü il 1) Div Sultan məscidi. 1679-cu il zəlzələsi zamanı dağılmışdır 2) Şah Abbas məscidi. 1829-1832-ci illərdə bölgədə kameral təsvir aparan, 1852-ci ildə Sankt-Peterburqda əsəri dərc olunan İ.İ.Şopen yazır ki, İrəvan şəhərində 8 məscid var idi, bunlardan 2-si qalanın içində, 6-sı qaladan bayırda yerləşirdi. Və daha dörd məscidin xarabalıqları. 1)Qala məscidi (Xan məscidi, Sərdar, yaxud Abbas Mirzə) 1807-1817 2) Rəcəb Paşa məscidi 1725 (1828 Rus provaslav kilsəyə çevrilib) 3) Göy məscid (Hüseynəli xan), (Cümə, Cami məscidi)1776 4) Şəhər (Zal xan) 1649-1685 5) Sərtib xan məscidi. 6) Hacı Novruzəli bəy məscidi. 1766 7) Hacı Cəfər bəy məscidi. XVIII 8)Hacı İmamverdi məscidi. 1853-cü il məlumatlarında İrəvan şəhərində 7 məscid olduğu yazılır. 1881-ci il, isə şəhərdə 6 məscid olduğu göstərilir. 1) Göy məscid (Hüseynəli xan), 1776 2) Şəhər (Zal xan) 1649-1685 3) Təpəbaşı məscidi. 1687 4) Hacı Novruzəli bəy məscidi. 1766 5) Hacı Cəfər bəy (Hacı Nəsrulla bəy) məscidi. XVIII 6) Kerpi Kulağı (Körpübulaq məscidi.) Əsəd ağa tərəfindən tikdirilib. İrəvan qadınlar kulubunun yanı. 1902-ci ildə İrəvan quberniyasının statistika komitəsinin İrəvandakı “Edelson” mətbəəsində “İrəvan quberniyasının 1902-ci il üçün yaddaş kitabçası” çap edilmişdir. Həmin kitabında göstərilir ki, İrəvan quberniyasında 310 məscid mövcuddur ki, onlardan 7-si İrəvan şəhərindədir 1906-1911-ci illərdə İrəvan şəhərinin texniki B.Mehrabov şəhərin planını və orada olan memarlıq abidələrinin siyahısını tərtib etmişdir. Mehrabov şəhərdə 8 məscid qeydə almışdır. Həmin məscidlər belə adlanırdı: 1) Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə) 1807-1817 2) Göy məscid (Hüseynəli xan), 1776 3) Şəhər (Zal xan) 1649-1685 4) Sərtib xan 5) Təpəbaşı məscidi. 1687 6)Hacı Novruzəli bəy məscidi. 1766 7) Hacı Cəfər bəy məscidi. XVIII 8)Dəmirbulaq məscidi (Çətirli məscid) (1909) Hacı Müzəffər ağa tərəfindən tikilmişdir. *** Şükürbəyli məscidi və Xudabəndə (1685) məscidlərində adı bəzi mənbələrdə çəkilir. 1912- ci ilə kimi indiki Ermənistan ərazisinin İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərib. 1915-ci ildə isə İrəvan və Zəngəzur quberniyasının ərazisində məscidlərin sayının artması müşahidə olunub. Burada 391 məscidi fəaliyyət göstərib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət