Dərc edildi: Baxış sayı: 439
İrəvan daha bir məmurunu Azərbaycanla sərhədə göndərdi
Ermənistan baş nazirinin müavininin səlahiyyətlərinin müvəqqəti icraçısı Tiqran Avinyan ölkənin şimal-şərqində Azərbaycanla sərhəddə yerləşən hərbi hissələrdən birini ziyarət edib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Nazirlər Kabinetinin Mətbuat Xidməti yayıb. Məlumata görə, Avinyanı səfəri zamanı Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini Andranik Makaryan müşayiət edib.
Qeyd edək ki, Avinyan Ermənistan hökumətində sosial və humanitar sferanın kurasiyası ilə məşğuldur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət