Slimfit
  1. DÜNYA

İrəvan Batumi limanını almaq üçün pul toplayır

İrəvan Batumi limanını almaq üçün pul toplayır
Sakura

İrəvan Batumi limanını almaq üçün pul toplayır

Ermənistan Gürcüstanın 600 milyon dollara satmağa hazırlaşdığı Batumi limanını almaqda maraqlıdır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Jamanak” qəzeti yayıb. Məlumata görə, Ermənistanın fərqli dairələri limanı almaq üçün vəsait toplayırlar.

Məlumatda İrəvanın bunun vasitəsilə ölkəyə yüklərin maneəsiz daşınmasını təmin etməyi planlaşdırdığı bildirilib:

“Səhmdar cəmiyyət yaradılması ideyası müzakirə edilir. Diasporun biznesmenləri bunun bir hissəsi ola bilərlər, amma bunun üçün kimsə ilk böyük kapital qoymalıdır. Bu isə hələlik yoxdur”.

Ermənistan parlamentinin Regional Məsələlər və Avrasiya İnteqrasiya Məsələləri Komissiyasının sədri Mikayıl Melkumyan informasiyanı dolayısı yolla təsdiq edib. Melkumyan Ermənistanın Poti və ya Batumidə bir terminal alması gərəkdiyini söyləyib. O, Qara dənizdə daşımalar üçün iki bərə alınmasıyla bağlı danışıqların aparıldığını bildirib.

Qeyd edək ki, hazırda Batumi limanı Qazaxıstanın “Kazmunayqaz” dövlət şirkətinə məxsusdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR