Dərc edildi: Baxış sayı: 811
İrəvan Ankaranın bölgədəki siyasətindən narahatdır - Paşinyan
Ermənistan Türkiyənin problem yaşadığı ölkələrin dairəsinin genişlənməsindən narahatdır. Ens.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə axşamı Tiflisdə Suriyanın İdlib əyalətindəki vəziyyət kontekstində deyib.
"Türkiyənin Suriyadakı hərəkətləri dağıdıcıdır. Bunu əvvəlcədən bildirmişdik. Ancaq Ankaranın problemləri olan qonşular dairəsinin genişlənməsi bizi narahat edir. Bunlar Yunanıstan, Kipr, Suriya, hətta İraqdır. Türkiyənin oxşar strategiyası və ya siyasəti bizi narahat edir. ", - deyə o, Gürcüstanın erməni icması ilə görüşündə bildirib.
Mənbə: newsarmenia.am
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət