Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

İraqın xəbər agentliyində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub

İraqın xəbər agentliyində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub
Sakura

İraqın xəbər agentliyində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub

İraqın “Samar News” Beynəlxalq Xəbər Agentliyində “Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun “Qara Yanvarda, Azərbaycanın azadlığı uğrunda qurbanları” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanda hər il yanvar ayında Qara Yanvar faciəsinin ildönümünün qeyd edildiyi bildirilir.

Seymur Nəsirov yazır ki, 1990-cı ildə Şərqi Avropa, Orta Asiya, Pribaltika və Qafqaz ölkələrində dəyişiklik “küləkləri” əsəndə “dəmir yumruq” sistemi də çökməyə başladı. Yanvarın iyirmisinə keçən gecə sovet qoşunları paytaxt Bakı küçələrini zəbt etdi, Azadlıq meydanında Sovet İttifaqından azad olmağı və müstəqilliyi tələb edən silahsız insanlara qarşı vəhşi və qanlı hücum həyata keçirdi. Sovet hərbi qüvvələri dağılmaqda olan kommunizm rejimini qorxu və istibdad siyasətinin köməyi ilə xilas etmək üçün uğursuz cəhd göstərdi. Kreml rəhbərləri 1922-ci ildən bəri hakimiyyətləri altında olan sakinlərə qarşı 70 illik bir dövrdə bu siyasəti tətbiq edirdilər. Sovet qoşunları Sovet İttifaqının tərkibində olan başqa dövlətlərin əhalisinə etmədikləri qəddar ifrat gücü Azərbaycanın müsəlman əhalisinə qarşı göstərdilər.

Misirli alim Şeyx Məhəmməd əl-Qəzalinin “əl-Haqq əl-Murr” (Acı həqiqət) kitabında bu hadisələrə dair sözlərini xatırlayan diaspor rəhbəri yazır: “Pribaltika dövlətlərinin - Estoniya, Latviya və Litvanın, Sovet İttifaqının digər qeyri-müsəlman xalqları azadlıqlarını və öz müqəddəratlarını təyin etməyi tələb edəndə heç bir əzaba məruz qalmadılar. Onlarla yaxşı davrandılar, onlara azadlıq və müstəqillik verdilər. Lakin müsəlman Azərbaycan xalqı özünün qanuni haqqını tələb edəndə onları qırdılar və qətl etdilər”. Bu, açıq-aydın ədalətsizlikdir, ikili standartlardır və xalqları inanclarına görə ayırır.

Müəllif 20 Yanvar faciəsinin tarixi haqqında ətraflı məlumat verərək vurğulayır ki, iyirmi doqquz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan yüzlərlə insan misli görünməmiş vəhşiliklərlə qətlə yetirilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar da var. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi cinayət aktıdır.

Seymur Nəsirov məqalənin sonunda insanlığa qarşı törədilmiş bu vəhşiliyə dünya birliyinin hələ də göz yumduğunu vurğulayır. Qeyd edilir ki, bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, Azərbaycan xalqı o dəhşətli gecəni daim xatırlayır, faciəni törədənlərin ədalət qarşısına çıxacaqları günü gözləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR