Dərc edildi: Baxış sayı: 483
İraqın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
İraq Respublikasının Prezidenti Bərham Saleh Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.
Ens.az xəbər verir ki, Trend-in məlumatına görə, təbrikdə deyilir:
"Əs-səlamu aleykum varahmatullahi vabarakatuhu.
Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan sevinc duyuram. Sizə möhkəm cansağlığı və müvəffəqiyyət, Azərbaycan xalqına isə inkişaf və firavanlıq arzu edirəm.
Allah-Təaladan tezliklə koronavirus bəlasından qurtulmağınızı diləyirəm. İraq tərəfinin dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın gücləndirilməsinə sadiq qalacağına əmin ola bilərsiniz".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət