Dərc edildi: Baxış sayı: 534
İraqdan Türkiyə makaronuna qadağa
İraq hökuməti, yumurtadan sonra Türkiyədən duz, vermişel və makaronların idxalını da qadağan edib.
Türkiyə İraq arasındakı ticari maneələrin qaldırılması üçün danışıqların davam etdirildiyi bir vaxtda, İraq yeni bir məhdudiyyət tətbiq edib.
"Marja" xəbər verir ki, may ayında yumurta, iyun ayından içki və dondurma idxalına qadağa tətbiq edən İraq, indi də Türkiyədən duz, vermişel və makaron çeşidlərinin idxalını qadağa edib.
İraq Nazirlər Kabinetinin qərarının 60 gün sonra qüvvəyə minəcək və 1 il qüvvədə qalacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət