Dərc edildi: Baxış sayı: 530
İraq İranla sərhədi bağladı
Bağdad İran sərhədindəki Şələmçə keçid məntəqəsini qapadıb.
Axar.az xəbər verir ki, bu məlumatı “Skay Nyus Arabia” televiziyası öz mənbələrinə istinadən yayıb. Buna səbəb hər iki ölkədə baş verən etiraz aksiyalarıdır.
Televiziya sərhədin bağlanmasını Bağdaddan Tehranın xahiş etdiyini bildirib.
Bununla belə, qadağanın yalnız insanlara aid olduğu, yük və malların sərhəddən keçməyə davam edəcəyi bildirilib.
Qeyd edək ki, İranda benzinin qiymətlərinin qalxması ilə əlaqədar kütləvi etiraz aksiyaları başlayıb.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət