Slimfit
  1. CƏMİYYƏT

İraq həbsxanalarında unudulan azərbaycanlı ailələr...

İraq həbsxanalarında unudulan azərbaycanlı ailələr...
Sakura

İraq həbsxanalarında unudulan azərbaycanlı ailələr...

Ekspert: “Bu, hüquq-mühafizə orqanlarından çox humanitar təşkilatların və diplomatların işidir”

İlərdir ki, İŞİD-ə qarşı mübarizə davam etsə də, bu terror qruplaşmasını tamamilə məhv etmək mümkün olmayıb. Terror qruplaşmasına müxtəlif yerlərdən, eləcə də Azərbaycandan qoşulan şəxslərin özləri ilə bərabər ailələri də əziyyət çəkir. Hazırda Suriyada və digər bölgələrdə xeyli sayda İŞİD ailələri var ki, onlar barəsində çox az sayda rəsmi məlumatlara rast gəlmək mümkündür.  Lakin beynəlxalq media qurumlarının bu ailələrin yaşadıqları ərazilərdən etdikləri reportajlardan aydın olur ki, İŞİD-ə qoşulanların  ailələri illərdir ki, çox böyük çətinlik içərisindədirlər. Onlar öz ölkələrinə qayıtmaq istəyirlər. Bəs bu ailələrin öz ölkələrinə qaytarılması təhlükəlidirmir? Dövlətlər nə üçün məsələ ilə bağlı fəal addımlar atmırlar?

Əvvəlcə bir neçə fakta nəzər salaq. Belə ki, 2017-ci ildə “The Independent” yazıb ki, İŞİD döyüşçüləri olduqları güman edilən şəxslərin ailə üzvü olan 1400 əcnəbi qadın və uşaq hazırda İraqda saxlanır.

Məqalədə qeyd olunur ki, hökumət qoşunları özünü “İslam Dövləti” (İŞİD) adlandıran təşkilatın döyüşçülərini ölkənin əksər ərazilərindən təmizləyəndən sonra onların ailə üzvlərinin öz vətənlərinə göndərilməsi planlaşdırılır və hökumət onların hansı ölkələrdən olduqlarını müəyyənləşdirməklə məşğuldur.

İraq hökumət qoşunları tərəfindən saxlanan qadın və uşaqların əksəriyyətinin Türkiyədən olduğu bildirilir, lakin onların arasında keçmiş sovet respublikaları olan Tacikistan, Azərbaycan və Rusiyadan gələnlər də var.

BBC-nin reportajında qeyd edilib ki, Derik şəhəri yaxınlığındakı açıq sahədə qurulan “Roj” düşərgəsində İŞİD üzvlərinin qadın və uşaqlarının bir hissəsi saxlanılır: “Düşərgədə təqribən 1700 əcnəbi qadın və uşaq qalır. Ümumilikdə 529 ailə”.

Uzun müddətdir ki, Bağdaddakı İŞİD qurbanı olan azərbaycanlı uşaqların taleyi barədə də rəsmi məlumat yoxdur. Bir müddət öncə “Reuters” agentliyinin müxbiri  İraqın paytaxtı Bağdadda yerləşən “Rusafa” qadın həbsxanasından geniş reportaj hazırlayarkən azərbaycanlı uşaqların ona necə yalvarmasından bəhs etmişdi.

Qənirə Paşayeva İraqda səfərdə olmuş və orada kimsəsizlər evində ile ilgili görsel sonucu

2017-ci ildə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayaraq bildirmişdi ki, ümumilikdə 900-dək azərbaycanlı İŞİD terror təşkilatına qoşulub və onlardan 85 nəfəri hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb. Elə həmin il millət vəkili Qənirə Paşayeva İraqda səfərdə olmuş və orada kimsəsizlər evində qalan 20 azərbaycanlı uşaqla görüşmüşdü. Həmin uşaqlar millət vəkilinə “Məni də apar özünlə evimizə”, “Mən də getmək istəyirəm Azərbaycana”, “Bizi nə zaman aparacaqsınız buradan” deyə yalvarmışdılar. Millət vəkili bildirmişdi ki, həmin uşaqların Azərbaycana gətirilməsi üçün lazım olan vəsait yol pulu və təxminən hər uşaq üçün 400 dollar həcmində cərimədir. Bundan sonra bu məsələ uzun müddət gündəmdə qaldı və dövlət rəsmiləri məsələyə reaksiya verərək, müvafiq qurumların tez bir zamanda həmin uşaqların Azərbaycana gətirilməsi və yaxınlarına təhvil verilməsi istiqamətində işlər görüldüyünü bəyan etdi.

Onu da bildirək ki, yaxın aylarda Tacikistan hökumətinin İraqdan 84 azyaşlını repatriasiya etdiyi barədə məlumat yayıldı. Eləcə də Çeçenistan prezidenti Ramzan Kadırovun təşəbbüsü ilə İŞİD-ə Suriya və İraqın qaynar nöqtələrində qalan 100-ə yaxın insan Qroznıya gətirildi. Lakin digər ölkələrdən olan xeyli sayda qadın və uşaq hələ də bu ərazilərdə faciəvi şəklə düşüblər.

İlham İsmayıl ile ilgili görsel sonucu

Yeni Müsavat”a danışan ekspert İlham İsmayıl bildirib ki, İraq qanunlarına görə onlar cəzalanıblar: “Burada bizim hüquq-mühafizə orqanları deyil, diplomatiya işləməlidir. Diplomatlar danışmalıdırlar ki, bu ailələr, sadəcə olaraq, bir qurbandırlar, ancaq özləri döyüşməyiblər.  Ola bilsin ki, nə isə sübut ediblər ki, hansısa qadınlar döyüşüblər. Ancaq inanmıram ki, Azərbaycandan gedən ailələrin qadınları döyüşdə iştirak etsinlər. Ona görə beynəlxalq müstəvidə məsələni qaldıra bilmirik ki, insan haqlarını qoruyan beynəlxalq təşkilatların heç biri bu işlə məşğul deyil. ”İslam terrorizmi" elə bir dəhşət yaradıb ki, bununla əlaqədar heç kim qabağa düşə bilmir. Ancaq hər halda, bizim diplomatiya bu işlə məşğul ola bilərdi. Çünki orada bizim nümayəndəmiz də vardı. Bu iş hüquq-mühafizə orqanlarından çox humanitar təşkilatların və diplomatların işidir. Mənə elə gəlir ki, qabağa düşə bilmirlər. Çünki İŞİD adlı terror təşkilatı elə izlər qoyub ki, bu işi aparmaq, irəli düşmək çətindir.   Ən azından körpələri alıb gətirməlidirlər. Buradakı qohumları danışa bilərlər ki, ana qalsa da günahsız körpələri versinlər. Çünki onların heç bir günahı yoxdur. Ola bilər ki, həmin körpələr gələcəkdə qisas almaq üçün terrora da qoşularlar. Bu məsələyə Dövlət Təhlükəsizlik Xidmətinin aidiyyəti yoxdur. Çünki Qarabağ müharibəsi ayrıdır, radikal qruplarda iştirak edənlər başqadır. Jurnalistlər də məsələni qaldıra bilərlər ki, bu adamların günahı nədən ibarətdir. Düşünürəm ki, həmin qadınlar günahsız sayılmırlar. Çünki əgər İraq məhkəməsi qərar veribsə, deməli, qadınlar haqqında nələrsə sübut olunub".

Onu da qeyd edək ki, ötən aylarda Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Leyla Abdullayeva “Yeni Müsavat”a bildirmişdi ki,  Azərbaycanın İraqdakı səfirliyi mütəmadi olaraq İraqın XİN və digər aidiyyəti qurumları ilə təmasdadır: “Məlum olduğu kimi, ötən il İraqdan valideynlərini itirmiş 20 azyaşlı uşaq ölkəmizə qaytarılıb. Bu istiqamətdə işlər müvafiq qaydada davam etdirilir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR