Slimfit
  1. DÜNYA

İraq əhalisi məşhur İran generalının qətlini bayram edir

İraq əhalisi məşhur İran generalının qətlini bayram edir
Sakura

İraq əhalisi məşhur İran generalının qətlini bayram edir

İran generalı Qasım Süleymaninin öldürülməsi İraqda əhalinin müəyyən kəsimi tərəfindən şadyanalıqla qarşılanıb. Az əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo öz Tvitter hesabında məlumat yaymışdı ki, İraq xalqı Süleymaninin öldürülməsini bayram edir.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələrinin komandanı general-mayor Q.Sülremani İranın İraqda himayə etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndislə görüşü zamanı ABŞ qüvvələrinin hava zərbəsi nəticəsində öldürülüb.

Bizimyol.info-nun verdiyi xəbərə görə, əvvəlcə güman edilirdi ki, ABŞ-ın hədəfi əl-Mühəndis olub və İran generalı təsadüfən həlak olub. Amma ABŞ Müdafiə Nazirliyinin son açıqlaması əslində əsas hədəfin elə Süleymani olduğunu təsdiqləyib.

Donald Tramp 

Pentaqonun açıqlamasında isə bildirilir ki, Süleymani və əl-Mühəndisi hədəfə alan hava hücumunun əmrini şəxsən Donald Tramp özü verib. Hücumun məqsədi ABŞ qüvvələrinə qarşı təhlükənin önlənməsi olub. Güman edilir ki, görüş zamanı koalisiya qüvvələrinə qarşı yeni hücumların planları müzakirə edilirmiş. Süleymani İranın İraqdakı ən qüdrətli adamı hesab edilirdi.

Süleymani və əl-Mühəndis ABŞ və koalisiya ölkələrinin İraqdakı bazalarına qarşı hücumların təşkilatçıları kimi tanınırlar. Hücumlar zamanı koalisiya qüvvələri ilə yanaşı İraq hərbi qüvvələrinin üzvləri də həyatlarını itiriblər.

Sosial şəbəkələrdə isə İraqda insanların İran generalının qətlini bayram etməsi görüntüləri yayılıb. Bizimyol.info həmin görüntüləri təqdim edir:

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR