Slimfit
  1. DÜNYA

İraq BMT Təhlükəsizlik Şurasına ABŞ-dan şikayət etdi

İraq BMT Təhlükəsizlik Şurasına ABŞ-dan şikayət etdi
Sakura

İraq BMT Təhlükəsizlik Şurasına ABŞ-dan şikayət etdi

İraq ABŞ-ın Bağdaddakı terror hücumları ilə bağlı BMT və Təhlükəsizlik Şurasına şikayət məktubu göndərib.

 

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, İraq Xarici İşlər Nazirliyi yazılı bəyanatında İranın İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri general-leytenant Qasim Süleymaninin və Əl-Həşduş Şəbi Qurumunun ikinci komandiri Əbu Mehdi Əl-Mühəndisin şəhid olması ilə nəticələnən terror aktı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası və BMT baş katibinə ABŞ-dan şikayət etdiyini açıqlayıb.

 

Bəyanatda BMT-nin iraqlı hərbi komandirlərə qarşı təşkil edilən sui-qəsd və hücumların qınaması tələb edilib, hücumun ABŞ qüvvələrinin ölkədəki mövcudluq şərtlərinə zidd olduğu və İraqın suverenliyinə qarşı çox təhlükəli bir pozuntu formalaşdırdığı bildirilib.

 

Bundan əvvəl də ABŞ-ın Bağdaddakı səfiri Metyu Tueller Xarici İşlər Nazirliyinə çağrılıb və ona ABŞ tərəfindən törədilən qətllə əlaqədar qınama notası verilib və hücumun İraq hakimiyyətinin pozulması sayıldığı bildirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR