Dərc edildi: Baxış sayı: 478
İranlı nazir: Azərbaycanla iqtisadi əlaqələr genişlənir
Xəzəryanı ölkələr, xüsusilə Azərbaycan və Rusiya ilə iqtisadi əlaqələrin maksimum genişləndirilməsi İran hökumətinin gündəmindədir.
Trend-in məlumatına görə, bunu İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani Ərdəbildə iqtisadi məsələlərlə əlaqədar keçirilən iclasda deyib.
R.Rəhmaninin sözlərinə görə, bu münasibətlərlə əlaqədar məsələlərin sadələşdirilməsi üçün səy göstərilir:
"İran hökuməti vilayətlərin inkişafı istiqamətində investorlara hərtərəfli dəstək göstərməyə hazırdır. İranda gündəlik orta hesabla 68 sənaye müəssisəsinin yaradılmasına lisenziya verilir və 16 yeni zavod açılır. Bu da özəl sektorun ölkədə investisiyaya maraqlı olduğunu göstərir".
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət