Slimfit
  1. DÜNYA

İranlı etirazçıların anası: "Övladlarımı bir-birlərinə qarşı yalan ifadə verməyə görə işgəncəyə məruz qoyublar"

İranlı etirazçıların anası: "Övladlarımı bir-birlərinə qarşı yalan ifadə verməyə görə işgəncəyə məruz qoyublar"
Sakura

İranlı etirazçıların anası: "Övladlarımı bir-birlərinə qarşı yalan ifadə verməyə görə işgəncəyə məruz qoyublar"

Bu sözləri 2018-ci ilin iyul ayında İranın Şiraz şəhərində keçirilmiş etiraz aksiyasında iştirak etdikləri üçün tutulan, edam və uzun müddətli həbs cəzası verilən 3 etirazçının anası Bəhiyyə Namcu sosial şəbəkələrdə yayılmış videoda deyib. 

Onun sözlərinə görə, təhlükəsizlik orqanlarının əməkdaşları işgəncə ilə övladı Vəhid Əfkaridən qardaşı Nəvid Əfkariyə qarşı ifadə almaq istəyiblər.

Xanım Namcu bu istiqamətdə yalançı məhkəmənin keçirildiyi, övladlarına qarşı heç bir sübut olmadan elan edilmiş ittihamlar üzrə hökmlərin çıxarıldığını deyərək, yenidən ədalətli məhkəmənin keçirilməsini tələb edib. 

O, sonda qeyd edib ki, oğlu Vəhid 3 dəfə intihara cəhd edib. 

Xatırladaq ki, bir neçə gün öncə 2018-ci ilin iyul ayında İranın Şiraz şəhərində keçirilmiş etiraz aksiyasında iştirak etdikləri üçün tutulan 3 qardaşdan biri- 27 yaşlı Vəhid Əfkariyə qarşı ikiqat edam hökmünün çıxarıldığı barədə xəbərlər yayılıb. 

Bundan başqa onun Vəhid adlı qardaşına qarşı 54 il yarım həbs, 74 şallaq zərbəsi, Həbib adlı qardaşına qarşı isə 27 il 3 ay həbs, 74 şallaq zərbəsi hökmləri çıxarılıb. 

Qardaşlara qarşı elan edilmiş əsas ittihamlardan biri onların etiraz aksiyaları zamanı Hüseyn Türkmən adlı təhlükəsizlik orqanı əməkdaşını qətlə yetirmələri ilə bağlı iddiadır. 

Digər tərəfdən, bəzi media orqanlarında Nəvid Əfkarinin məruz qaldığı ağır işgəncə formaları ilə bağlı yazdığı məktub da çap edilib. 

O bildirir ki, 2018-ci ilin sentyabr ayının 17-də qardaşı Vəhidlə birlikdə həbs edilib. 

Nəvid Əfkari, həmçinin qeyd edir ki, təhlükəsizlik orqanları əməkdaşları onu rezin dəyənək və taxta ilə döyməkdən başqa, üzünə sellofan torba (pelastik-red.) keçirərək, ona boğulana və ölənə qədər işgəncə veriblər. 

Nəvid Əfkari sonda bildirib ki, qardaşlarına qarşı ifadə alınması üçün özünə qarşı törədilən işgəncələrlə bağlı rəsmilərə şikayət ünvanlasa da, heç bir nəticə əldə etməyib. 

Mənbə: Gunaz.tv

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR