Slimfit
  1. DÜNYA

İranın XİN rəhbəri Davos forumunda iştirakdan imtina edib

İranın XİN rəhbəri Davos forumunda iştirakdan imtina edib
Sakura

İranın XİN rəhbəri Davos forumunda iştirakdan imtina edib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Davosda (İsveçrə) keçiriləcək Ümumdünya İqtisadi Forumunda iştirakdan imtina edib.

Azadinform xəbər verir ki, bu barədə forumun prezidenti Byorq Brendə istinadən “Associated Press” agentliyi bildirib.

"Bizim fikirimizcə, ləğv (səfərin ləğvi - red) regionda qeyri-sabit vəziyyət və İranda baş verən hadisələr fonunda olub", - Brend bildirib.

Agentlik qeyd edib ki, Zərifin imtinası forumda ABŞ və İran nümayəndələrinin görüşü imkanını istisna edir.

Qeyd edək ki, Davos forumu yanvarın 21-dən 24-dək keçiriləcək.

Yanvarın 7-də ABŞ məmuruna istinadən “Reuters” agentliyi bildirib ki, ABŞ Zərifə viza verməkdən imtina edib. O, BMT nizamnaməsinə riayət olunması məsələsi ilə bağlı Təhlükəsizlik Şurasının daha əvvəl planlaşdırılmış müzakirələrində iştirak etməli idi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR