Slimfit
  1. CƏMİYYƏT

"İranın qəbul etdiyi sənəd çöp parçasından başqa bir şey deyil" - Məlahət İbrahimqızı

"İranın qəbul etdiyi sənəd çöp parçasından başqa bir şey deyil" - Məlahət İbrahimqızı
Sakura

"İranın qəbul etdiyi sənəd çöp parçasından başqa bir şey deyil" - Məlahət İbrahimqızı

"İran parlamentinin qəbul etdiyi bəyanat lazımsız bir kağız parçasıdır. Bu qətnaməyə heç kəs əhəmiyyət verən deyil".

Ens.Az-ın məlumatına əsasən,bunu Redaktor.az-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı İran parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi bəyanata münasibət bildirərkən dedi.

"Bu, heç bir beynəlxalq təşkilatlarda sayılmayan, hörmətsiz bir kağızdır. Birincisi, İran parlamentdə boş-boşuna əziyyət çəkib belə bir sənəd qəbul edib. İkincisi, İran özü öz əməlindən utansın ki, 30 il Qarabağda 60-da çox məscidləri, İslam məbədlərini, İslam abidələrini darmadağın edəndə İran tüccarları gəlib oradan azərbaycanlılara məxsus binaları söküb, dağıdıb, aparıb İranda satırdılar. Eləcə də Qərbi Azərbaycanda, qədim Azərbaycan türklərinin tarixi yurdu olan İrəvanda nə qədər məscidlər, abidələrimiz, dini inanc yerlərimiz, ocaqlarımız dağıdılıb talan olunanda İran hara baxırdı? Hesab edirəm ki, İran qəbul etdiyi bu qətnaməsindən utanmalıdır. İran bu məsələdə ümumiyyətlə danışmamalıdır. Çünki birincisi, İran Azərbaycanla sərhəd qonşusudur. İkincisi, İranda 40 milyona yaxın Azərbaycan türkləri var. Üçüncüsü, sən Ermənistanla da qonşusan. Sən təcavüzkar, islam məbədlərini dağıdan, islam məscidlərində donuz saxlayan ermənilərə dəstək verirsən. Azərbaycan iki ildən artıq müddətdə öz torpaqlarını möhtəşəm zəfərlə azad edib. Ondan sonra da İranın Azərbaycana qarşı bütün riyakarlığı üzə çıxdı. Əvvəllərdən yenə bilinmirdi, çünki altdan-altdan həm Qarabağın talan olunmasında erməni vandallarıyla bir yerdə talançılıqda iştirak edirdi, işğalçılıq da onların əməllərini ötmüşdü".

Deputat onu da qeyd etdi ki, İran erməni vandallarıyla bərabər, Qarabağda, bütün o bir milyona yaxın insanın yaşadığı şəhərlərimizdə - Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilanda daşların belə dağıdılıb satılmasında işbirliyində olublar.

"Eləcə də bir daha qayıdıram ki, Qərbi Azərbaycan, İrəvandakı bütün müsəlman karvansaraları, İrəvan xanından qalmış bütün abidələr, qərbi azərbaycanlıların qədimlərdən tarixi inanc yerləri dağıdılanda onlar gözlərini yummuşdu? Gözləri görmürdü? Qulaqları eşitmirdi? Əksinə, işbirliyində idi. Ona görə İran bu qətnaməsi ilə özünü bir daha biabır edir, bir daha rüsvay edir. İranın bu qətnaməsi heç bir özündə hüquqi bir şeyi olmayan, yükü olmayan bir sənəddir. Uzaqbaşı bunu harda qaldırsa, İranın cavabını verməyə müsəlman ölkələri tapılacaq. Sən 30 ildir niyə erməni vandallarına, faşistlərinə təcavüzkarlarına qarşı dinmirsən? Onda harda idin? Onların bu qətnamələri mənasız bir şeydir. Hələ Azərbaycan Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləndə Azərbaycanın sədrliyi ilə Fələstinin dövlətçiliyi tanındı. Azərbaycanın sədrlik etdiyi iclasda tanındı. Yəni əgər Azərbaycan tərəf saxlasaydı, Fələstinin haqlı, ədalətli səbrinə göz yumsaydı, Azərbaycan bunu eləməzdi. Eyni zamanda bilirsiniz ki, İsraildə Azərbaycanın səfirliyi açılanda Fələstində də Azərbaycan nümayəndəliyi oldu. Bu günə qədər də fələstinlilərə Azərbaycanın dəstəyi müxtəlif formada davam etdirilir və sonuncu nazir Ceyhun Bayramovun özü olanda da Fələstinin bir neçə qəsəbəsində məktəblərin tikilməsi ilə bağlı qərar verildi. Ona görə İran fitnə çıxarmamalıdır. İran ara qarışdırılmamalıdır. Azərbaycan-Fələstin münasibətləri də çox yaxşıdır. İsraildə səfirliyin açılmasının heç nəyə dəxli yoxdur. Azərbaycan hər zaman Fələstinin haqlı davasında onu dəstəkləyirdi. Ona görə bir daha deyirəm, İranın qəbul etdiyi sənəd çöp parçasından başqa bir şey deyil", - deyə millət vəkili qeyd etdi.

Xatıaladaq ki, aprelin 5-də İran parlamentinin 210 deputatı bəyanat qəbul edərək İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyib.

Bəyanatda deyilir ki, Azərbaycan hökuməti İslam dünyasının maraqlarına zidd olan ağlasığmaz bir hərəkətlə İsraildə səfirliyini açıb, öz səfirini saxta rejimə təqdim edərək islam dünyasının maraqlarına zidd hərəkət edir.

Həmçinin qeyd olunub ki, "Azərbaycan hökumətinin bu addımı bir çox mənfi siyasi nəticələrə səbəb olacaq və dünya müsəlmanları onları fələstinliləri öldürən və əziyyət edən sionist rejimin ortaqları kimi baxacaqlar".

İran parlamenti ərəb və islam ölkələri hökumətlərini, İslam Əməkdaşlıq Təşkilatını Azərbaycanın İsraildə səfirlik açmasını pisləməyə də çağırıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR